Dimension edit – Bu komanda çəkilmiş ölçülər üzərində əməliyyatlar aparmaq üçün istifadə olunur. Komandaya daxil olduqdan sonra, əmrlər sətrində bu komandalar çıxır: home , new, rotate
Home – ölçünün cari vəziyyətini göstərir.
New – Ölçünün qiymətini dəyişdirmək üçün nəzərdə tutulmuşdur.
Rotate- Ölçünün qiymətini daxil etdiyimiz bucaq qədər döndərmək üçün istfadə olunur.
Dimension text edit – Bu komanda ölçünün qiymətini redaktə etmk üçün nəzərdə tutulmuşdur. Komandaya daxil olanda aşağıdakı komandalardan hər hansı birinin icra olunması tələb olunur.