Left – yazıları sol tərəfə
Right – sağ tərəfə
Center – mərkəzə keçirir
Rotate – firladır.
Komandaya daxil oluruq.Göstərilən əmrlərdən birinin baş hərfini klaviaturadan daxil edirik.Ölçünün üzərində sol,kənarda isə sağ düyməni vururuq.
Baseline – bu komanda mərtəbəli ölçülərin daha çevik sürətdə qoymaq üçün nəzərdə tutulmuşdur.Komandanın tətbiqindən əvvəl baza ölçüsü veilməlidir. Komandaya daxil oluruq.Baza ölçüsünün birinci nöqtəsində sol düyməni,sonra hər bir təpə nöqtəsində sol düyməni vurmaqla əməliyyatı sona çatdırırıq.
Continue – Ölçüləri zəncirvari formada,çevik sürətdə qoymaq üçündür. Komandanı tətbiq etməzdən əvvəl,ilkin baza ölçüsü vrilməlidir.
Arc length – Qövsün uzunluğunun verilməsi üçün nəzərdə tutlmuşdur. Komandaya daxil oluruq. Üzərində söl düyməni vururuq,müəyyən istiqamətə çəkib qövsün uzunluğunu veririk.
Qeyd: Bir çox hallarda çəkilən çertyojlarda ölçünü göstərən ox və ya ölçünün qiyməti görünmür.Bunun üçün menyuda
Format Dimension edit Modify
əmrlərini seçməklə müəyyən parametrlərin tənzimlənməsi tələb olunur.
Çertyojların çap olunması
Çertyojları çap etmək üçün menyudan:
File Page Setup Manager
Komandasına daxıl oluruq. Açılan pəncərədə printeri,çertyojun formatını –albom və ya kitab şəklində olmasını seçərək OK düyməsini vurmaqla əsas ekrana qayıdırıq.
Yenidən menyuda File tərkibində plot komandasını vururuq. What the plot pəncərəsindən Windows əmrini seçərək,proqrama qayıdıb açılan pəncərədən Preview komandasına daxil olub çapın ilkin varintına baxırıq. Hər şey qaneedici olduqda ENTER düyməsini vurub çapa qayıdırıq.
Dostları ilə paylaş: |