Break at point – Qapalı obyektlərin bir nöqtədə qırılması. Komandaya daxil oluruq.Obyektin üzərində kəsiləcək nöqtədə sol düyməni vururuq.
Break – Bu komanda obyektlərin göstərilən iki nöqtəsini kəsib götürmək üçün istifadə olunur. Komandaya daxil oluruq. Obyektin hər hansı iki nöqtəsində sol düyməni vururuq.
Join – Bu komanda qarşı-qarşıya olan iki xətti bir-birinə tamamlamaq üçün istifadə olunur. Komandaya daxil oluruq. Hər iki xətti sol düymə ilə qeyd edib,sağ düyməni vuraraq xətləri bir-birinə tamamlayırıq.
Chamfir – Bu komanda düzbucaqlı şəklində verilmiş obyektləri müəyyən bucaq altında qovuşdurmaq üçün istifadə olunur. Komandaya daxil oluruq.Klaviaturadan D (Distant) hərfini daxil edirik.Məsafənin qiymətini klaviaturadan daxil edirik.Əvvəl 1-ci xəttin,sonra 2-ci xəttin üzərində sol düyməni vururuq.
Fillet - Bu komanda düzbucaqlı obyektlərin daxil olunmuş radius qədər bir-birinə qovuşdurur. Komandaya daxil oluruq.Klaviaturadan R(Radius) hərfini daxil edirik və radiusun qiymətini daxil edirik.Xəttin üzərində növbə ilə sol düyməni vururuq.
Blend curves – Bu komanda ixtiyarı bucaqlarla verilmiş iki düz xətti qövslə qovuşdurmaq üçün istifadə olunur. Komandaya daxil oluruq. Hər iki xətti sol düymə ilə qeyd edib,xətləri qovuşdururuq.
Explod – Bu komanda qapalı obyekti hissələrə ayırmaq üçündür. Qapalı obyekt çəkildikdən sonra komandaya daxil oluruq. Obyektin üzərində sol, sonra isə kənarda sağ düyməni vururuq.