Dimension paneli çertojların çəkilməsi üçün tələb olunan elementləri özündə birləşdirir.
Linear – xətti ölçülərin verilməsi
Komandaya daxil oluruq. I təpə nöqtəsində sol düyməni vururuq, II təpə nöqtəsində sol düyməni vururuq. Müəyyən istiqamət verib,sol düyməni vurmaqla ölçü xəttini veririk.
Alignet – bu komanda müəyyən bucaq altında verilmiş obyektlərin xətti ölçülərini vermək üçün istifadə olunur.
Komandaya daxil oluruq. I təpə nöqtəsində sol düyməni vururuq, II təpə nöqtəsində sol düyməni vururuq. Müəyyən istiqamət verib,sol düyməni vurmaqla ölçü xəttini veririk.
Radius – Bu komanda çevrə və qövslərin radiuslarını vrmək üçün istiadə olunur.
Komandaya daxil oluruq. Çevrənin tərəfi üzərində sol düyməni vurub,ölçünü tənzimlədikdən sonra əməliyyatı sona çatdırırıq.
Diametr –Bu komanda çevrələrin diametrlərini vermək üçün istifadə olunur. İş prinsipi Radius komandasının iş prinsipi ilə eynidir.
Angular – bu komanda bucaq ölçüsünü göstərmək üçün istifadə olunur. Komandaya daxil oluruq.Bucağın hər iki tərəfini sol düymə ilə qeyd edirik. Müəyyən istiqamət verib bucağın ölçüsünü təyin edirik.
Tolerance –bu komanda çertyoja aid olan müşayiətedici informasiyanı daxil etmək üçündür.
Center mark – Bu komanda çevrələrin mərkəzini göstərmək üçün istifadə olunur. Komandaya daxil oluruq.Çevrənin hər hansı bir nöqtəsində sol düyməni vururuq.