AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
BAKI BİZNES UNİVERSİTETİ
Fakültə: biznes və menecment
İxtisas: informasiya texnologiyaları
Qrup:1022A
Kurs:1
Kafedra: Ali riyaziyyat
Fənn: Xətti cəbr və analitik həndəsə
Mövzu: Fəzada düz xəttin parametrik və kanonik tənlikləri
Müəllim: Novruzova Gülnar
Tələbə: Qəsəbova Arzu
REFERAT
Plan:
Müstəvinin normal tənliyi.
Fəzada düz xəttlə müstəvinin qarşılıqlı vəziyyəti.
İki nöqtədən keçən düz xətt tənliyi
İki düz xəttin bir müstəvi üzərində yerləşməsi
Giriş
D üz xətt həndəsənin orijinal anlayışlarından biridir. Analitik olaraq düz xətt müstəvidə və fəzada tənliklər və ya tənliklər sistemi ilə təmsil olunur. Kanonik tənlik, ixtiyari istiqamət vektorunun koordinatları və iki nöqtə baxımından müəyyən edilir.
Fəzada bir ortaq nöqtəsi olan iki düz xətlə kəsişən düz xəttlər deyilir.
Bir müstəvi üzərində olan və kəsişməyən düz xətlərə paralel düz xətlər deyilir.
Fəzada düz xətt xaricində götürülmüş nöqtədən həmin düz xəttə paralel bir və yalnız bir düz xətt keçir.
Eyni bir düz xəttə paralel olan iki düz xətt paraleldir.
Ortaq nöqtəsi olmayan müstavilərə paralel müstəvilər deyilir. α//α1
Bir müstəvinin iki kəsişən düz xətti, uyğun olaraq, o biri müstəvinin iki kəsişən düz xəttinə paraleldirsə, bu müstəvilər paraleldir.
Fəzada düz bucaq əmələ gətirən iki düz xəttə perpendikulyar düz xətlər deyilir. A və b düz xətlərin perpendikulyarlığı a b kimi işarə olunur.
Fəzəda düz xəttin xaricində götürülmüş nöqtədən onu kəsən bir perpendikulyar düz xətt, düz xəttin üzərindəki nöqtədən isə sonsuz sayda perpendikulyar düz xətt keçirmək olar.
Dostları ilə paylaş: |