Sosial xərclərin tərkibi və əsas istiqamətləri
Cədvəl 1.1.
|
2012
|
2013
|
2014
|
2015
|
2016
|
Dövlət büdcəsinin xərcləri
- cəmi
|
17416,5
|
19143,5
|
18708,0
|
21100,0
|
16822,0
|
Ondan:
|
|
|
|
|
|
Təhsil xərcləri
|
1453,2
|
1437,7
|
1553,9
|
1711,2
|
1830,2
|
Büdcə xərclərində xüsusi çəkisi-faizlə
|
8,3
|
7,5
|
8,3
|
8,1
|
9,9
|
Səhiyyə xərcləri
|
609,4
|
618,9
|
665,3
|
777,7
|
830,2
|
Büdcə xərclərində xüsusi çəkisi %-lə
|
3,5
|
3,2
|
3,6
|
3,7
|
4,5
|
Sosial müdafiə və sosial təminat xərcləri
|
1769,6
|
1750,4
|
1971,2
|
2040,5
|
2698,8
|
Büdcə xərclərində xüsusi çəkisi %-lə
|
10,2
|
9,2
|
10,5
|
9,7
|
14,6
|
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyasi……….
|
240,8
|
274,9
|
294,0
|
348,3
|
738,6
|
Büdcə xərclərində xüsusi çəkisi % lə
|
1,4
|
1,4
|
1,6
|
1,7
|
4,0
|
Azərbaycanın büdcə sistemində aparıcı və istiqamətləndirici rol oynayan dövlət büdcəsi ölkənin yaxın və uzaq gələcəyinə yönəlmiş və elmi cəhətdən əsaslandırılmış inkişaf strategiyasına əsaslanır.
Prezident İlham Əliyev qloballaşan dünya iqtisadiyyatında baş verən prosesləri, onların Azərbaycana təsirini obyektiv qiymətləndirmiş, sosial-iqtisadi inkişaf vəzifələrinin uğurla həyata keçirilməsi üçün sistemli tədbirlər irəli sürmüş, ölkədə müəyyən edilmiş strateji kursun reallaşması üçün səmərəli icra mexanizmi yaratmışdır. «2009-20013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra olunması buna əyani sübutdur. Hazırda 2014-2018-ci illər üzrə regionların sosial-iqtisadi inkişafı proqramının 3-cü ili də uğurla icra olunur.
Azərbaycanın iqtisadiyyatının iqtisadi və dinamik inkişafı, büdcə gəlirlərinin artması onun bütün istiqamətlərdə, xüsusilə sosial-mədəni ehtiyacların ödənilməsində rolunun artmasını zəruri etmişdir. Hazırki dövrdə dövlətin sosial funksiyasının maliyyə təminatının yaxşılaşdırılması və əhalinin sosial-mədəni ehtiyaclarının ödənilməsində büdcənin rolunun artması dövlət büdcəsinin inkişafında əsas xüsusiyyətlərdən biri kimi diqqət mərkəzindədir.
2015-ci ildə sosialyönümlü tədbirlərin maliyyələşdiriləmsinə üstünlük verilmiş, nəzərdə tutulmuş dövlət proqramları tam təmin edilmişdir. 2015-ci ildə dövlət büdcəsindən sosial-mədəni tədbirlərə 5,7 milyard manat vəsait yönəldilmişdir ki, bu da büdcə xərclərinin 31,9 faizinə qədərini təşkil edir.
2016-cı il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası keçirilmiş və həmin iclasdakı nitqində Prezident demişdir: «Sosial proqramların həlli həmişə olduğu kimi böyük əhəmiyyət kəsb edir…. Son on ildə Azərbaycanda 2500 məktəb tikilmişdir, proses hələ də davam edir. 2015-ci ildə 59 səhiyyə müəssisəsi tikilmiş və təmir edilmişdir. Beş böyük olimpiya kompleksi istifadəyə verilmişdir. Bu onu göstərir ki, hətta maliyyə imkanlarımız bir az azalanda da biz sosial infrastrukturların inkişafı üçün lazımi tədbirləri görürük və beləliklə Azərbaycanda bütün sosial proqramlar öz həllini tapır. ("Xalq" qəzeti, yanvar 2016-cı il).
2015-ci il dövlət büdcəsində sosial yönümlü , sosial - mədəni tədbirlər üzrə büdcə xərclərində təhsil xərcləri üstünlük təşkil edir, yəni büdcə xərclərində 8,1 faiz təşkil edir. Təhsil xərclərinin 57,8 faizi dövlət büdcəsinin yerli xərcləri hesabına (884,0 mln. manat), 42,2 faizi və ya 646,4 mln. manatı dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına maliyyələşdiriləcək.
Təhsil üzrə xərclərin 145,8 mln. manatı (9,5 faizi) məktəbəqədər və ibtidai təhsil məktəblərinin saxlanmasına, 798.8 mln. manatı (52,2 faizi) natamam və orta təhsilin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Təhsil xərclərində internat və xüsusi məktəblərin xərcləri də böyük yer tutur. 2015-ci ildə təhsil üzrə ayrılmış vəsaitin 48,9 mln. manatı və ya 3,6 faizə qədəri internat və xüsusi məktəblərin ( sağlamlıq imkanları məhdud olan uşaqlar üçün təlim-tərbiyə müəssisələrinin) saxlanmasına xərclənəcəkdir.
Texniki peşə məktəbləri və liseylərin saxlanması məqsədləri üçün 2015-ci il büdcəsində 53,1 milyon manat xərclənməsi nəzərdə tutulmuşdur ki, bu da cəmi xərclərdə 3,4 faiz təşkil edir.
Təhsil sahəsində tətbiqi tədqiqat xərclərinə və digər xərclərə 394,4 milyon manat vəsait ayrılmışdır ki, bu da 25,7 faiz təşkil edir. Təhsil xərcləri tərkibində ali təhsil məktəblərinin saxlanması xərcləri əhəmiyyətli yer tutur. 2015-ci ildə ali təhsilin maliyyələşdirilməsinə 57,2 milyon manat ayrılmışdır ki, bu da təhsilin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitin 3,7 faizini təşkil edir.
Dövlətin diqqət və qayğısı sayəsində təhsil son illərdə yüksək inkişaf səviyyəsinə çatmışdır. Son beş ildə ölkədə 1600-dən çox yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Qeyd etmək lazımdır ki, məktəb tikintisinin geniş vüsət almasında Heydər Əliyev Fondunun xüsusi rolu vardır. Heydər Əliyev Fondunun Prezidenti Millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illərdə həyata keçirilən proqramlar çərçivəsində son beş ildə təxminən 44 min şagird yeri olan 300 yeni məktəb binası tikilmiş, 47 məktəb və uşaq bağçası əsaslı təmir edilmiş və müasir avadanlıqla təmin edilmişdir.
Ölkədə səhiyyənin inkişaf etdirilməsi və əhalinin sağlamlığının qorunmasına, dövlətin diqqət və qayğısı sayəsində bu sahəyə büdcə xərcləri də ildən-ilə artır.
Əhaliyə göstərrilən tibbi xidmət sahəsində müvafiq dövlət proqramlarına uyğun olaraq məqsədyönlü işlər görülmüşdür. Səhiyyəyə ayrılan büdcə vəsaiti il ərzində 6,4 faiz artaraq 708,0 milyon manat təşkil etmişdir. Yüksək tələblərə cavab verən tibb müəssisələrinin yaradılması istiqamətində fəaliyyət davam etdirilmiş, 2015-ci ildə 13 dövlət proqramı və tədbirlərinin maliyyələşdirilməsinə 161,0 milyon manat sərf edilmişdir.
Səhiyyə xərclərinin 98,1 mln.manatı və ya 14,6 faizi poliklinikalar və ambulatoriyaların saxlanmasına, 329,7 mln manatı və ya 49,3 faizi xəstəxanaların saxlanmasına, 4,9 mln manatı səhiyyə sahəsində tətbiqi tədqiqatlara, 232,3 mln manatı və ya 34,7 faizi isə səhiyyə sahəsində digər xidmətlərə yönəldiləcəkdir.
2015-ci ildə mədəniyyətə, incəsənətə, kütləvi informasiya vasitələrinin saxlanmasına, gənclər siyasəti və bədən tərbiyəsi tədbirlərinə büdcədən 348,3 milyon manat vəsait ayrılmışdır ki, onun da 258,9 milyon manatı və ya 74,4 faizi mərkəzləşdirilmiş xərclər, 89 milyon manatı və ya 25,6 faizi yerli xərclər hesabına maliyyələşdirilmişdir.
2015-ci ilin dövlət büdcəsi, eyni zamanda, hökümətin son illərdə həyata keçirdiyi sosial liberalizm xəttinin dönməzliyinə və sabitliyinə dəlalət edir. Hökümətin əsas siyasəti vətəndaşların sosial vəziyyətinin yaxşılışmasını təmin etməkdən ibarət olduğundan hər il dövlət büdcəsində bu məsələ prioritet kimi nəzərə alınmışdır. Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 31,( faiz və yaxud 5752,0 milyon manat təşkil etmişdir. Bu isə 2014-cü ilin büdcəsindəki göstəricidən təxminən 5,0 faiz çoxdur.
Mədəniyyət, incəsənət, kütləvi informasiyaları vasitələri xərclərinin xüsusi çəkisi 0,2 faiz artaraq 1,7 faiz təşkil etmişdir. Ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü kursun 2013-cü ildə də davam etdirilməsi qarşıda duran prioritet vəzifələrdən olacaq. Həmin vəzifələrə uyğun olaraq 2013-cü ildə dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan elm və elmi-tədqiqat, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, müdafiə və hüquq-mühafizə orqanlarında çalışanların və dövlət qulluqçularının aylıq əməkhaqqları və minimum əmək haqqının həddinin artırılması diqqət mərkəzində olacaq.
Zəruri sosial tədbirlərdən olan sosial müavinətlərin və təqaüdlərin, o cümlədən yaşa, əlilliyə, ailə başçısını itirməyə, uşağın anadan olmasına görə, sajlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqlara, şəhid uşaqlarına, müharibə əlillərinin uşaqlarına, radiasiya qəzası nəticəsində zərərçəkmiş şəxslərə, müharibə veteranlarına verilən müavinətlərin, dəfn üçüe nəzərdə tutulan müavinətlərin, əmək pensiyalarının minimum məbləğinin məcburi köçkünlərə verilən yemək xərcinin, şəhid ailəsi, müharibə əlilləri üçün və Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün, ali, orta ixtisas, ilk peşə ixtisas təhsili sistemində oxuyan tələbə və şagirdlərə, doktorantlara verilən təqaüdlərin artırılması da təmin edilmişdir. Qeyd olunan əmək haqqlarının və sosial ödənişlərin artırılması üçün 2015-ci il dövlət büdcəsinin 340 milyon manatdan çox vəsait sərf olunmuşdur.
2015-ci ildə büdcənin sosialyönümlüyü prioritet olaraq saxlanaraq həmin məqsədlərə, büdcə xərclərinin 31,9% faizi və ya 5665,9 mln manatı sosial təyinatlı xərclərə, o cümlədən, əməyin ödəniş fondu, təqaüd və sosial müavinətlər, dərman, ərzaq və s. xərclərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2014-cü illə müqayisədə 488,0 milyon manat və ya 3,4% çoxdur.
Ölkə əhalisinin sosial müdafiəsinin və sosial təminatının gücləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin davamlı kursuna uyğun olaraq 2015-ci ildə dövlət büdcəsindən sosial müdafiə və sosial təminat xərclərinə 1.857,0 mln.manat vəsait sərf olunub.
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinə, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün keçən ildə sosial müdafiə fondu və dövlət büdcəsindən 378,0 milyon manat, o cümlədən dövlət büdcəsinin cari və əsaslı xərclərindən 228,0 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 150,0 milyon manat vəsait sərf olunub.
Göründüyü kimi, ölkəmizdə iqtisadiyyat inkişaf etdikcə, milli gəlir artdıqca dövlətin sosial siyasətinin maliyyə təminatına büdcədən ayrılan vəsaitin həcmi də artır ki, bu da vətəndaşlar üçün əlverişli sosial şərait yaradılmasına, təhsilin, səhiyyənin, sosial müdafiə və sosial təminatın, ictimai-mədəni sahələrin dinamik inkişafına əhəmiyyətli təsir göstərir.
Dostları ilə paylaş: |