Sxem 1. Kimyəvi evolyusiyanın sxemi (V.İ.Oparinə görə, 1923)
Məlum həqiqətdir ki, elmin inkişafı, cəmiyyətin inkişafı ilə əlaqədar
olmalıdır. Buna görə də o dövrdə Ç.Darvin və digər təkamül təlimçilərinin
xidməti böyük idi. Belə ki, heyvan aləmini öyrənmək, sistemləşdirmək, onların
quruluşunda, çoxalmasında, inkişafında həyat şəraitinin, xarici mühit amillərinin
rolunu, oxşarlıq və fərqləndirici əlamətləri müəyyən etmək, öyrənmək və s.
olduqca vacib idi. Heyvan aləminin öyrənilməsi də mövcud dövr ilə əlaqədar
olmuşdur. Dünyanın məşhur bioloqları, genetikləri, arxeoloqları, hazırda
materiyanın canlı aləminin və biomüxtəlifliyin təkamül prosesinin geniş və
ətraflı öyrənilməsi sahəsində daha geniş diapozonlu və qlobal xarakterli elmi-
tədqiqat işləri aparır.