Əsgərov Ələddin Abdulla oğlu (1925-2013) Azərbaycanda milli kənd təsərrüfatı kadrlarının hazırlanmasında çox böyük
xidmətləri olan, geniş diapozonlu elmi elitaya və intellektə malik, korifey
alimimiz, təbiətin və ətraf mühitin mühafizəsi üzrə ilk ali məktəb dərsliklərinin
müəllifi, baytarlıq elmləri doktoru, professor, Əməkdar Elm Xadimi, Prezident
Təqaüdçüsü (2010), akademik Həsən Əliyev adına Ekologiya Mükafatı Laureatı,
məşhur mikrobioloq, sanitar-gigiyenist, ekoloq, zooloq Ələddin Abdulla oğlu
Əsgərovun biologiya, ekologiya, təbiəti mühafizə və baytaarlıq təbabəti,
ümumilikdə isə kənd təsərrüfatı elmimizin inkişafında olduqca böyük və önəmli
xidmətləri vardır. Alimin apardığı fundamental-tətbiqi xarakterli elmi-təd-
qiqatların müəyyən hissəsi heyvan və quşların pasterellyoz xəstəliyi zamanı
ayrılan P. multocida ştammlarının genetik xüsusiyyətlərinin, əlamət və xas-
sələrinin, dəyişkənliyi, həssaslığı və davamlılığının və mübarizə tədbirlərinin
öyrənilməsinə həsr olunmuşdur. Onun rəhbərliyi ilə 20-yə qədər elmlər nami-
zədi və 1 elmlər doktoru hazırlanmışdır. Alim 1951-ci ildə Azərbaycanda quşlar
arasında tüğyan edən xolera (pasterellyoz) xəstəliyinə qarşı peyvənd materialı –
yarım maye formal vaksin hazırlayaraq onun səmərəsi mövzusunda namizədlik
dissertasiyası müdafiə etmişdir. O, 1965-ci ildə baytarlıq elmləri doktoru elmi
dərəcəsi və professor elmi adını almışdır. 1965-ci ildə onun təşəbbüsü ilə
Azərbaycan Dövlət Aqrar Universitetində «Zoolo-
giya, gigiyena və baytar– sanitar ekspertizası»
kafedrası yaradılmış və 2009-cu ilin sentyabr
ayına kimi ona rəhbərlik etmişdir. Ə.Əsgərov
1976-1981 və 1991-1995-ci illərdə baytarlıq təbabəti
fakültəsinin dekanı vəzifəsində işləmişdir. O, 600-
dən artıq müxtəlif səpkili əsərlərin, o cümlədən 400
elmi xarakterli və 200-dən artıq ictimai-siyasi mə-
qalənin müəllifidir. Onun müxtəlif sahələrə həsr
edilmiş
60-dan
artıq
kitabı
(dərsliklər,
monoqrafiyalar, dərs vəsaitləri, elmi-bədii kitablar)
nəşr edilmişdir. O, təbiəti və təbii sərvətləri
mühafizə, ətraf mühitin mühafizəsinə aid, eləcə də «Müasir ekologiya» (I və II-
hissələr, 2004, 2007) və «Davamlı İnsan İnkişafı» (2009) fundamentalali məktəb
dərsliklərinin ilk müəllifidir. Ə.Əsgərovun milli kənd təsərrüfatı, xüsusilə baytarlıq
təbabəti, zootexniya, ətraf mühitin mühafizəsi, təbiəti və təbii sərvətlərin mühafizə,
ekologiya və Davamlı İsan İnkişafı sahəsindəki xidmətləri elm və təhsilimizin
tarixinə qizıl hərflərlə yazılıb.