70
tapmışdır. Təsadüfi deyildir ki, ilk dəfə olaraq YUNESKO-nun xətti ilə
Azərbaycanda "Bioetika, elmi biliklərin və texnologiyaların etikası" üzrə Milli
Komitə yaradılarkən onun ilk sədri C. Əliyev seçilmiş və bu günə qədər də o, bu
vəzifədə öz işlərini böyük uğurla davam etdirir. Alimin əldə etdiyi yeni sortlar,
yazdığı qiymətli əsərlər, yaratdığı seleksiya məktəbi, zəngin buğda genefondu
Azərbaycan xalqının milli sərvətidir və artıq ölkəmizdə çörəyə ehtiyacın
ödənilməsi istiqamətində C.Əliyev məktəbi vardır. Alimin buğdanın seleksiyası
sahəsində əldə etdiyi nailiyyətlər onun elmi fəaliyyətinin ancaq bir hissəsidir.
Onun bitki fiziologiyası, fotosintez nəzəriyyəsi, biokimya, biofizika, molekulyar
biologiya, gen mühəndisliyi, hüceyrə seleksiyası və biologiya elminin digər
sahələrində də əldə etdiyi nailiyyətlər gələcək nəsillərə irs qalacaq. Bu irsi
yaşatmaq, qoruyub gələcək seleksiyaçılar nəslinə çatdırmaq seleksiya
məktəbinin hər bir üzvünün, Azərbaycanı gələcəkdə qüdrətli bır dovlət görmək
istəyən hər bir azərbaycanlının müqəddəs borcu olmalıdır.
Dostları ilə paylaş: