77
qrupuna rəhbərlik etmişdir. O, 1967-ci ildən yeni yaradılrmış Azərbaycan dövlət
Damazlıq və Süni Mayalanma Mərkəzi stansiyasında direktor işləmişdir, 2000-ci
ildən ictimai əsaslarla Respublika Heyvandarlar Cəmiyyətinin sədri kimi
fəaliyyətini davam etdirir. Aqrar sahənin inkişafındakı xidmətlərinə görə «Şərəf
nişanı» ordeninə, Respublika Ali Sovetinin Fəxri fərmanına və bir sıra medallara
layiq görülmüş, damazlıq işinin təşkilinə və bu sahədəki elmi nailiyyətlərinə
görə İtaliyada beşinci Dünya bioloq alimlərin və Moskvada Qarşılıqlı İqtisadi
Yardım Şurası ölkələrinin beynəlxalq elmi simpoziumlarının yubiley medalları
və mükafatları ilə təltif edilmiş, 1997-ci ildə Beynəlxalq Enerji-informasiya
Elmlər Akademiyasının, 2004-cü ildə «Vektor» Beynəlxalq Elmi mərkəzinin
«XXI əsrin tanınmış alimi» diplomuna layiq görülmüş, Rusiya Keyfiyyət
Problemləri Akademiyasının həqiqi üzvü seçilmişdir, rus, fransız, ərəb, fars,
ingilis və ispan dillərini bilir. E.Bəşirov 125 nəşr edilmiş elmi əsərin, 2 dərslik, 3
monoqrafiya və 3 təlimatın müəllifidir. Onun elmi əsərləri dünyanın bir sıra
dillərinə tərcümə edilmiş və elmi kəşflərindən istifadə olunur. O, 6 elmlər
namizədi dissertasiyasına rəhbərlik etmişdir.
Dostları ilə paylaş: