73
Milli biologiya və təbabətşünaslıq elmimizin inkişafında, tədrisi və
təbliğində biologiya elmləri doktoru, Azərbaycan Tibb Universitetinin «Tibbi
biologiya və genetika» kafedrasının müdiri professor Nəcəfov Canbaxış Əli
oğlunun çox böyük xidmətləri olmuşdur. C.Nəcəfov 1980-ci ildə Moskva
şəhərində «Yemləmə rejiminin və selen mikroelementinin balbas qoyunlarının
embrionunun və skelet əzələlərinin inkişafına təsiri» mövzusunda dissertasiya
işini müdafiə edərək biologiya elmləri namizədi, 1996-cı ildə isə «Onurğalı
heyvanlarda somatik əzələlərin müqayisəli embrional histogenezi» adlı
doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi
dərəcəsini almışdır. Alimin elmi-pedaqoji yaradıcılığı çox sahəli və rəngarəng
olmaqla, biologiya elminin ən prioritet sahələrini (biologiya, zoologiya,
botanika, genetika, tibbi biologiya, embriologiya, histologiya, anatomiya, uşaq
anatomiyası və fiziologiyası, fiziologiya, ekologiya, ətraf mühitin mühafizəsi,
ekoloji genetika və s.) əhatə edir. O, 150-yə qədər elmi məqalələrin, tədris
proqramı, dərs vəsaitləri, dərsliklər və kitabların müəllifidir. Onun hazırladığı
tədris-metodiki vəsaitlər («Orta məktəblərdə botanikanın tədrisi metodikası», 2000-
2011; «Reproduktiv sağalmanın əsasları», 2002; «Orta məktəblərdə insanın
anatomiyası, fiziologiyası və gigiyenasının tədrisi metodikası», 2003; «Orta
məktəblərdə ümumi biologiyanın tədrisi metodikası», 2004; «Uşaq anatomiyası və
fiziologiyası», 2004; «Yenidənhazırlanma və ixtisasartırma təhsili üçün tədris plan
və proqramları», 2004; «Tibbi biologiya və genetikanın praktik məşğələ albomu», 1
və 2-ci hissələr, 2004, 2007; «İnkişafın biologiyası və genetikası» (azərbaycan və
rus dillərində), 2009; «Tibbi biologiya terminlərinin izahlı lüğəti» (azərbaycan və
rus dillərində), 2010 və s.) ölkəmizin ali və orta məktəblərində istifadə olunan
qiymətli vəsaitlər və kitablardır. O, həm də 1 monoqrafiyanın (rus dilində, 2007),
eləcə də «Tibbi biologiya və genetika» (laboratoriya məşğələləri, 2008), «Tibbi
biologiya və genetikanın əsasları», I və II-cildlər (2010) adlı fundamental ali məktəb
dərsliklərinin müəllifidir. C.Nəcəfovun rəhbərliyi ilə 5 namizədlik və 1 doktorluq
dissertasiyası hazırlanıb. Alim hazırda yaradıcılığının ən məhsuldar dövrünü
yaşamaqla biologiyanın və təbabətin prioritet elmi istiqamətləri üzrə fundamental-
tətbiqi xarakterli, qlobal miqyaslı elmi tədqiqatlar və axtarışlar aparır. C.Nəcəfovun
kafedrada düzəltdityi heyvanat aləmi muzeyi çox zəngin və nadir eksponatlara malik
bir muzeydir. Onun Hindistandan çox çətinliklə gətirdiyi fil və 2 turan pələngi
skeletləri həmin muzeyi olduqca məşhurlaşdırır və dəyərləndirir. Çünki, həmin
skeletlər dünyanın çox nadir muzeylərində mövcuddur.
Dostları ilə paylaş: