76
Quliyev Rauf Ələkbər oğlu
(1938)
Milli biologiya elmimizin inkişafında xüsusi
xidmətləri olan tanınmış alim, biologiya elmləri
doktoru, professor, akademik N.İ.Vavilov adına
mükafatın laureatı, Bakı Dövlət Universitetinin
«Genetika və darvinizm» kafedrasının müdiri Rauf
Ələkbər oğlu Quliyev ölkəmizdə genetika və
seleksiya elminin inkişafı üçün elmi-praktiki
cəhətdən səmərəli və fundamental-tətbiqi xarakterli
tədqiqatların müəllifidir. O, 1988-ci ildə «Pambıq
hibridlərində və təkrarən təsir edilmiş mutantlarda mutasiya dəyişkənliyi»
mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. R.Quliyev «Genetika»
(2002), «Təkamül təlimi» (2009) ali məktəblər üçün dərsliklərin, «Genetikanın
əsasları ilə bitkilərin seleksiyası», «Təkamül təlimi» (2010, rus dilində) dərs
vəsaitlərinin, «Pambığın mutasion seleksiyasında genotipin rolu» (1994) adlı
monoqrafiyanın, ümumilikdə isə 110 elmi məqalə və əsərlərin müəllifidir. Onun
rəhbərliyi ilə 5 elmlər namizədi, 1 elmlər doktoru hazırlanıb, 4 nəfərin
namizədlik dissertasiyası (onlardan 2 nəfəri İran İR-nın vətəndaşıdır) isə
müdafiə olunmaq ərəfəsindədir. Alim genetikada mutagenez proseslərinin
mexanizminin öyrənilməsi sahəsində elmi axtarışlarını davam etdirir, genetikaya
dair yeni dərsliklər, dərs vəsaitləri və tədris – metodiki vəsaitlərin hazırlanması
sahəsində yaradıcılıq işlərini uğurla davam etdirir.
Dostları ilə paylaş: