Fяxrяddиn mustafayev


Abdullayev Qənbər Qara oğlu



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə114/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   284
Abdullayev Qənbər Qara oğlu  
(1954) 
 
Qənbər  Abdullayev  1976-cı  ildə  ADAU-nin 
zootexnik fakültəni fərqlənmə diplomu ilə bitirib, təyinatla 
Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutuna elmi 
işə  göndərilmişdir.  O,  1980-ci  ildə  Moskva  şəhərində 
Ümumittifaq  Heyvandarlıq  İnstitutunun  "Qoyunçuluq" 
laboratoriyasının əyani aspiranturasına daxil olmuş, 1983-
cü  ildə  aspiranturanı  bitirib,  Lenin  adına  Ümumittifaq 
Kənd  Təsərrüfatı  Akademiyasının  göndərişi  ilə  Azər-
baycan  Kənd  Təsərrüfatı  İnstitutuna  pedoqoji  işə 
göndərilmişdir.  1983-cü  ildən  1985-ci  ilədək  ADAU-nun  "Kənd  təsərrüfatı  heyvan-
larının yemləndirilməsi və südçülük işi" kafedrasında assistent vəzifəsində işləmişdir. 
1984-cü ildə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsi 
almış,  1985-ci  ildə  "Kənd  təsərrüfatı  heyvanlarının  yetişdirilməsi"  kafedrasının 
assistenti, 1991-ci ildən isə həmin kafedranın dosenti vəzifəsində işləmiş, 1993-cü ildə 
Ümumrusiya Heyvandarlıq İnstitutunun ixtisaslaşdırılmış müdafiə şurasında doktorluq 
dissertasiyasını  müvəffəqiyyətlə  müdafiə  etmiş  və  həmin  il  elmlər  doktoru  elmi 
dərəcəsi  almışdır,  1994-cü  ildə  Zoomühəndislik  fakültəsinin  dekanı  vəzifəsinə 
seçilmiş,  1997-ci  ildə  professor  elmi  adı  almışdır.  Alim  1998-ci  ildə  Ümumrusiya 
Aqrar  Təhsil  Akademiyasının  akademiki,  1999-cu  ildə  isə  təkrar  Zoomühəndislik 
fakültəsinə  dekan  vəzifəsinə  seçilmişdir.  Q.  Abdullayev  l40-dək  elmi  əsərin,  o 
cümlədən  2  dərslik,  3  dərs  vəsaiti,  1  müəlliflik  şəhadətnaməsinin  müəllifidir.  Onun 
rəhbərliyi altında 4 nəfər elmlər namizədi elmi dərəcəsi almış, 1 nəfər işini müdafiəyə 
təqdim  etmiş,  2  nəfər  doktorluq  dissertasiya  işi  isə  müdafıəyə  təqdim  edilmişdir.  
Alimin rəhbərliyi ilə 3 nəfər dissertant işlərini davam etdirir, 5 nəfər magistr dərəcəsi 
almışdır.  O,  ADAU-da  fəaliyyət  göstərən  02131-№-li  Namizədlik  Dissertasiya 
Müdafiəsi  Şurasının  həmsədridir.  Alim    2004-cü  ildə  Təhsil  Nazirliyiynin  və  Kənd 
Təsərrüfatı  Nazirliyinin  Fəxri  fərmanları,  2005-ci  ildə  isə  "Təhsil  Nazirliyi 
Kollegiyasının" qərarı ilə "Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif olunmuşdur. O, 
hazırda  ADAU-nun  "Heyvandarlıq  və  heyvandarlıq  məhsullarının  istehsalı  texno-
logiyası"  kafedrasının  müdiri  vəzifəsində  işləyir,  2008-ci  ildə  Azərbaycan 
Respublikası  «Avropa  Nəşr  Mətbu  Evi»  təşkilatının  ilin  ən  yaxşı  Vətənpərvər 
Tədqiqatçı  alimi  Qızıl  Mükafatı  ilə  təltif  olunmuşdur.    Q.  Abdullayev  hazırda 
ölkəmizdə  daha  yüksək  məhsuldar  endemik  qoyun  cinslərinin  genetik  və  təsərrüfat 
xüsusiyyətlərinin öyrənilməsi, seleksiyası və yetişdirilməsi sahəsində elmi axtarışlarını 


 
79 
uğurla  davam  etdirir.  O,  2011-ci  ildə  Azərbaycan 
Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin  «Damazlıq 
Şurası»nın sədri seçilmişdir. 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin