81
"Üzvi və bioloji kimya" kafedrasında laborant, 1967-ci ildən isə həmin kafedrada
assistent, az sonra isə dosent vəzifəsində çalışmışdır. Onun apardığı fundamental elmi-
tədqiqat işlərinin nəticələri "Azərbaycan yem ehtiyatlarının biokimyəvi xüsusiyyətləri"
adlı monoqrafiyada (1988)geniş və ətraflı şərn olunmuşdur. O, 1991-ci ildə Ukraynanın
Xarkov səhərində yerləşən Ukrayna Elmi Tədqiqat Bitkiçilik İnstitutunun Elmi
şurasında doktorluq dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru elmi
adına layiq görülmüşdür, 1998– ci ildən Kimya kafedrasında professor vəzifəsində
çalışır. Universitetdə işlədiyi 45 il ərzində alim laborant, assistent, dosent, vəzifəsində
çalışmış, professor, kafedra müdiri vəzifələrinədək yüksəlmişdir. N.Yusifov iki
dərsliyin, 130-dan çox elmi əsərin, 1 monoqrafiya, 6 dərs vəsaiti, 4 metodik göstəriş, 7
proqram, 4 tövsiyə və 3 kitabçanın müəllifidir. Hazırda ADAU-nun "Kimya"
kafedrasına rəhbərlik edir və universitetdə ―Tədrisə nəzarət‖ şöbəsinin müdiridir. O, bir
neçə namizədlik dissertasiyasının elmi rəhbəridir.
Dostları ilə paylaş: