82
Beynəlxalq seminar, simpozium, konfrans və qurultaylarda iştirak etmişdir. O,
1969-cu il Daşkənd Biokimyaçıların 2-ci qurultayı, 1971-ci il Moskva Yaş fiziolo-
giyasına aid X konfrans, 1982-ci il Moskva Patofizioloqların 3-cü qurultayı, 1989-cu
il Bakı Qərb regionunun problemləri konfransı, 1989-cu il Bakı Morfoloqların V
Zaqafqaziya konfransı, 1989-cu il Bakı Xəstəliklərlə mübarizəyə həsr edilmiş
konfrans, 1990-cı il Bakı I Respublika biokimya konfransı, 1993-cü il Bakı II Res-
publika biokimya konfransı, 1994-cü il Bakı fizioloqların 1-ci qurultayı, 1997-ci il
Bakı III Respublika biokimya qurultayı, 2003-cü il Gəncə-Kars Baytarlıq
simpoziumu, 2004-cü il Kars XVIII Ulusal Kimya konqresi, 2005-ci il Bakı
Fizioloqlar cəmiyyətinin 3-cü qurultayının iştirakçısı olmuşdur.
R. Allahverdiyev Kənd təsərrüfatı heyvanlarının patoloji fiziologiyasına aid bir
sıra dərs vəsaitlərinin, proqramların və metodik vəsaitlərin (―Patoloji fiziologiyadan
təcrübə məşğələləri‖, 1976, ―Kənd təsərrüfatı heyvanlarının patoloji fiziologiyası‖,
1984, ―Kənd təsərrüfatı heyvanlarının patoloji fiziologiyası, 1985, ―Kənd təsərrüfatı
heyvanlarının patoloji fiziologiyası‖– toxuma patologiyası‖, 1987, ―Patoloji
fiziologiyadan metodik göstəriş‖, 1989, ―Ümumi patologiyanın əsasları‖, 1990,
―Kənd təsərrüfatı heyvanlarının xüsusi histologiyası‖, 1991, magistratura proqramı,
1997) müəllifidir. Alim Kətd təsərrüfatı heyvanlarının patoloji fiziologiyası‖
dərsliyinin (Bakı, 2010) və ekoloji patologiyaya aid elmi məqalələrin ilk müəllifdir.
O, 2000-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ―Fəxri
fərmanı‖ ilə təltif olunmuşdur, Respublikanın əməkdar müəllimidir. Yüksək elmi
elitaya, eridusiyaya və intellektə malik olması Rübail müəllimə xas olan ən
səciyyəvi parametrlərdir. Onun ―Altı məzar,üstü bazar, ―Dünya dəlilərin
şənlikevidir‖ və s. kitabları dəyərli və cox təsirli şerləri oxucular tərəfindən sevilə-
sevilə oxunur.
Hər kəsin müqəddəs ocaq sandığı,
Məktəb dediyimiz bir türbəsi var.
Şahın da, hökmün də arxalandığı,
Müəllim adlanan bir qibləsi var.
Müdrik müəllimin hər imtahanı
Aqil kürəyində qayğı əlidir,
Müəllim önündə diz çöküb hamı,
Böyük ehtiramla baş əyməlidir.
Dostları ilə paylaş: