Ramazanov Adil Mirzə oğlu (1936) Ölkəmizdə baytarlıq təbabəti həkimləri və
zootexnik
kadrlarının hazırlanmasında böyük
xidmətləri olan alimlərimizdən biri də professor
kənd təsərrüfatı heyvanları və quşlarının anatomiyası
və
morfologiyasının
öyrənilməsi
sahəsində
ölkəmizdə və onun hüdudlarında tanınmış alim,
anatom, morfoloq Adil Ramazanovdur. Kənd
təsərrüfatı heyvanları və quşlarının anatomiyasının
öyrənilməsində morfoloqAdil Ramazanovun apardığı fundamental tətbiqi
xarakterli elmi tədqiqatlar olduqca böyük nəzəri və elmi-praktiki əhəmiyyətə
malikdir. O, 1957-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq
təbabəti fakültəsinə, 1967-ci ildə "Anatomiya" kafedrasının əyani aspiran-
turasına qəbul edilmiş, 1972-ci ildə "Qaramal və camışlarda çanaq-bud
oynaqlarının qan damarları və əzələləri" mövzusunda dissertasiya müdafiə
edərək baytarlıq təbabəti elmlər namizədi elmi dərəcəsi almışdır. Alim ADAU-
da ordinator, klinika müdiri, sex həmkarlar təşkilatının sədri, xalq nəzarəti
qrupunun sədri, partiya təşkilatının katibi, dekan müavini və idarəetmə üzrə
prorektor vəzifələrində isləmişdir. A.Ramazanov kənd təsərrüfatı heyvanları və
quşlarının anatomiyası üzrə 4 ali məktəb dərsliyinin, 2 fənn proqramının və
çoxlu sayda tədris metodiki və dərs vəsaiti, 13 şeir kitabının müəllifıdir,
Respublika Ağsaqqallar Şurasının üzvü, Əmək Veteranı və güləş üzrə SSRİ
idman ustasıdır. Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurasının qərarı
ilə 2010-cu ildə A.Ramazanova ADAU-nun professoru elmi adı verilmişdir. O,
beynəlxalq konfrans, konqres və simpoziumlarda kənd təsərrüfatı heyvanları və
quşlarının anatomiyası və morfologiyası kimi mürəkkəb və olduqca çətin sahə
üzrə maraqlı və elmi məlumatlarla zəngin olan elmi məqalələri və çıxışları ilə
milli elmimizi mütəmadi olaraq təmsil edir, onu tanıtdırır, şərəfləndirir və
məşhurlaşdırır. Onun ən böyük xidmətlərindən biri də ölkəmizdə ilk dəfə
yaradılan anatomiya muzeyinin təşkil olunmasıdır. Kənd təsərrüfatı heyvanları
və quşlarının skletləri və eksponatlarla çox zəngin olan həmin muzeyin demək
olar ki, analoqu mövcud deyil. Alim həm də oxucuların çox sevdiyi bir neçə
şeirlər kitabının müəllifidir
Yaşıl meşələrin seyrəlib yaman, Yox olub sərvətin olubdur talan. Niyə tapılmayır halına yanan? Təbiət kükrəyib bir gün duracaq