Əzimov Ġlham Muqbil oğlu (1934) Baytarlıq elmləri doktoru, professor İlham Əzimov
1959-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinin
baytarlıq təbabəti fakultəsini bitirib. O, Azərbaycanda
baytarlıq təbabəti mikologiyası sahəsində fundamental-
tətbiqi xarakterli elmi tədqiqat işləri aparan ilk alimdir.
Alim 1959-1962-ci illərdə Respublika EA Neft-Kimya
Prosesləri İnstitutun bioloji-fəal maddələrin öyrənilməsi
kaboratoriyasında kiçik elmi işçi vəzifəsində işləyib. Bu müddətdə 100-dən çox neft
mənşəli preparatları heyvanların müxtəlif xəstəliklərində sınaqdan keçirib. İ.Əzimov
1962-ci ildə ―Şərəf Nişanı‖ ordenli Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutuna
aspiranturaya daxil olub, 1964-cü ildə namizədlik, 1996-cı ildə isə doktorluq
dissertasiyalarını müdafiə etmişdir. O, 1964-cü ildə İnctitutda baş elmi işçi, 1971-
1994-cü illərdə kaboratoriya müdiri, 1994-cü ildən İnstitutun elmi işlər üzrə direktor
müavini, 2001-ci ildən isə Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət
İnstitutunda direktor vəzifəsində çalışır. Onun apardığı tədqiqatlar nəticəsində
respublikamızda bir çox göbələk xəstəlikləri, o cümlədən iri buynuzlu heyvanların
aktinomikozu, quşların aspergillyozu, qoyunların aktinobasillyozu, yemlərdə toksiki
göbələklərin yayılması və onların verdiyi zəhərlənmələr öyrənilmiş və onlara qarşı
mübarizə tədbirləri hazırlanmışdır. İ.Əzimovun rəhbərliyi və iştirakı ilə quşların
aspergillyoz,
pulloroz,
kolibakterioz
xəstəliklərin
törədicilərinə
qarşı
dezinfeksiyaedici preparat (hipoxlorit natri) təklif olunub. Heyvanların trixofitiya və
mikrosporiya xəstəliklərinin öyrənilməsində İ.Əzimovun xüsusilə böyük hörməti
olmuşdur. O, bütün növ (iri buynuzlu heyvan, camış, zebu, qoyun, qunduz, it və
pişiklərdə) heyvanlarda bu xəstəlikləri öyrənməklə, xəstəliyininsanlar arasında
yayılmasında heyvanların rolunu müəyyənləşdirmiş, həmçinin bu xəctəliklərə qarşı
müalicə və profilaktika tədbirlərini hazırlamışdır. Alim dünyada ilk dəfə olaraq zebu
və camışlarda dəmirov xəstəliyini ətraflı öyrənmişdir. İ.Əzimov 110 elmi əsərin, o
cümlədən 2 kitab və 1 monoqrafiya, 4 müəlliflik şəhadətnaməsinin müəllifidir.
Onun əsərləri respublikamızda, həmçinin Moskva, Sankt-Peterburq, Kazan, Tbiisi,
Mahaçkala, Səmərqənd, Budapeşt və digər şəhərlərdə dərc olunmuşdur. Onun
rəhçərliyi ilə 5 nəfər elmlər namizədi, bir nəfər elmlər doktoru hazırlanmışdır,
hazırda 3 aspiranta rəhbərlik edir, Az. MEA-nın mikrobiologiya İnstitutunun
müdafiə
şurasının
sədr
müavinidir.
Onu
bəzi
Müstə-
87
qil Dövlətlər Birliyində də istedadlı mikoloq kimi tanıyırlar.