ANAMIN AĞ KƏLAĞAYI
Açılanda səhər idi,
Ömrümüzə nəmər idi,
Günəş üzə qəmər idi
Anamın ağ kəlağayı.
Buludlarla yarışardı,
Baxanda göz qamaşardı.
Anama çox yaraşardı
83
Anamın ağ kəlayı.
Qonaqlara hörmət idi,
Yad baxışa nifrət idi,
Namus idi,qeyrət idi,
Anamın ağ kəlağayı
Atam öldü uçdu qaya,
Hamı gəldi bu haraya,
Döndü qara kəlağaya,
Anamın ağ kəlağayı.
Yetimliyim yaddaş olub,
İpəkliyə yad, daş olub,
Məzar üstə ağ daş olub,
Anamın ağ kəlağayı.
(Rübail)
Tağıyev Sabir Məhərrəm oğlu
(1928)
Ölkəmizdə aqrar sahə mütəxəssislərinin (baytarlıq
təbabəti həkimləri və əczaçıları, zoomühəndislər və s.)
hazırlanmasında mühüm rol oynayan alimlərimizdən
biri də baytarlıq təbabəti farmokologiyası, əczaçılığı,
mamalığı və ginekologiyası sahəsində tanınmış alim,
ADAU-nun professoru Sabir Tağıyevdir. O, 1951-ci
ildə ADAU-nun Baytarlıq təbabəti fakültəsini bitirmiş,
1954-cü ildə "Mamalıq" kafedrasında ordinator vəzifə-
sində işləmiş, 1961-ci ildə baytarlıq təbabəti elmləri namizədi alimlik dərəcəsini
almışdır. Alim 1962-ci ildə Baytarlıq təbabəti fakültəsinin nəzdində fəaliyyət
göstərən ―Naftalan nefti üzrə problem laboratoriyası‖na baş elmi işçi vəzifəsinə
seçilmiş, 1970-ci ildə doktorluq dissertasiyasını tamamlamışdır. O, 1975-ci ildə
"Anatomiya, farmakologiya və patoloji anatomiya" kafedrasında dosent
vəzifəsində işləmiş, fakültə və universitetin Elmi Şurasının üzvü olmuşdur.
S.Tağıyev 1990-1997-ci illərdə "Anatomiya, farmakologiya, terapiya və
mamalıq" kafedrasının müdiri, 1997-ci ildən 2004-cü ilə qədər Zoobaytarlıq və
əmtəəşünaslıq fakültəsinin dekanı vəzifələrində çalışmış, 2004-cü ildə yenidən
"Anatomiya, farmakologiya, terapiya və mamalıq" kafedrasına müdir
seçilmişdir, 2009-cu ildən "Əczaçılıq və morfologiya" kafedrasının professoru
vəzifəsində çalışır. S.Tağıyev 150-yə qədər elmi əsərin, o cümlədən, 20 dərslik,
dərs vəsaiti, monoqrafiya, kitabça və metodik göstərişin müəllifidir. Onun
"İnəklərin qısırlığına səbəb olan ginekoloji xəstəliklər‖, "Kənd təsərrüfatı
heyvanlarının qısırlığı və mübarizə tədbirləri‖, "Baytarlıq mamalığı", "Naftalan
nefti və onun quşçuluqda tətbiqi", "Qaramalda rüşeymin transplantasiyası" və
84
Təhsil Nazirliyinin qrifləri ilə "Yeyinti məhsullarının kriminalistik ekspertizası"
və "Baytarlıq toksikologiyası" adlı kitabları tədris prosesində geniş istifadə
edilir.
Dostları ilə paylaş: |