80
namizədlik dissertasiyasını müdafiə etmişdir. Alim pambıq bitkisinin struktur
göstəricilərinə təsir edən faktorların tədqiqatına böyük maraq göstərmiş, 1984-cü
ildən genetika və seleksiya işləri istiqaməti ilə dissertasiya mövzusunun planına
uyğun olaraq elmi axtarışlara başlamış və həmin vaxtdan Rusiyanın, Ukray-
nanın, Özbəkistanın və s. SNQ respublikalarının qabaqcıl ali təhsil mütəxəs-
sisləri ilə sıx əlaqə saxlamış, tez-tez həmin ölkələrdə elmi ezamiyyətlərdə olmuş
və məşhur alimlərlə elmi əməkdaşlıq etmişdir. O, 1983-2008-ci illərdə ADAU-
da aqronomluq fakültəsinin dekan müavini, kafedra müdiri, dekan, məsul katib
vəzifəsində çalışmış, 1978-1985-ci illərdə Respublikamızdan xaricə gedən tələbə
inşaat dəstələrinə ( Krasnodar, Stavropol, Volqoqrad, Həştərxan, Arxangelsk və
Kirov vilayətləri) rəhbərlik etmişdir. N. Seyidəliyev 170-ə yaxın elmi əsərin,
dərsliklərin, dərs vəsaitlərinin, genetikaya aid proqram və metodik göstərişlərin
müəllifidir. Onlardan 18-i xarici ölkələrdə nəşr edilmişdir. Onun yazdığı
―Genetika-100 sual və 100 cavab‖ (dərs vəsaiti, 1992), ―Genetika, seleksiya və
toxumçuluq‖ (dərslik, 2010) geniş oxucu kütləsi tərəfindən maraqla qəbul
edilmişdir. O, 2010-cu ildə Azərbaycan Respublikasının Mil və Qarabağ
bölgələrində ―Pambığın məhsuldarlığını artıran gübrə normalarının, bitki
sıxlığının və suvarmaların müəyyənləşdirilməsi‖ mövzusunda doktorluq
dissertasiyası işləmiş, ilkin müdafiə edərək AAK-na təqdim etmişdir. Alim
apardığı tədqiqatda bütün kompleks aqrotexniki tədbirlərlə yanaşı adi
maqnitləşdirilmiş su ilə suvarmanı müqayisəli öyrənmiş, nəticədə qrunt suyu
nisbətən yuxarıda yerləşən və şoran torpaqlarda maqnitləşdirilmiş su ilə
suvarmanın daha səmərəli olduğunu elmi əsaslarla sübut etmişdir. Belə yüksək
nəticənin əldə olunması bir çox xarici ölkələrin aqrar yönümlü jurnallarında elmi
əsər kimi nəşr olunmuşdur. N.Seyidəliyev hazırda Azərbaycan Dövlət Aqrar
Universitetində ―Elm və texnika‖ üzrə prorektordur. O, 2000-ci ildən
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında ―Özəl bölmənin
inkişafına yardım Agentliyinin‖ xətti ilə ―Kənd Təsərrüfatının inkişafı və
kreditləşməsi‖ layihəsində ―İnformasiya və məsləhət xidməti‖ komponenti
çərçivəsində işləmiş, 2008-ci ildən isə Dünya Bankının eksperti təyin
olunmuşdur.
Dostları ilə paylaş: