Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə124/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   284
     Tağıyev Arif Əlirza oğlu    
     (1951) 
 
      Rusiya  Federasiyasının  Kənd  Təsərrüfatı  elmləri 
doktoru, professor Arif Tağıyev 1975-ci ildə ADAU-
nun  baytarlıq  təbabəti  fakültəsini  fərqlənmə  diplomu 


 
88 
ilə bitirdikdən sonra 3 il ərzində Neftçala rayonunun Baytarlıq stansiyasında və 
―Qaraqaşlı‖  broyler  fabrikində  baytar  həkimi  vəzifəsində  işləmişdir.  1978-ci 
ildən  etibarən  20  ilə  yaxın  müddət  ərzində  təhsil  aldığı  ADAU-nun  ―Baytarlıq 
təbabəti‖  fakültəsinin  ―Zoologiya,  zoogigiyena  və  baytar-sanitar  ekspertizası‖ 
kafedrasında  ordinator,  assistent,  baş  müəllim  və 
dosent  vəzifələrində  işləyib,  1984-cü  ildə  Azərbaycan 
Elmi-Tədqiqat    Baytarlıq  İnstitutunun  aspiranturasını 
bitirib  və  1986-cı  ildə    K.İ.Skryabin  adına  Moskva 
Baytarlıq  Akademiyasında  namizədlik  dissertasiyasını 
uğurla  müdafiə  etmişdir.  1999-cu  ildə  Moskva 
baytarlıq  təbabəti  və  biotexnologiya  akademiyasında 
―İsti iqlim şəraitində broyler əti istehsalının texnologi-
yasının  təkmilləşdirilməsi‖  mövzusunda  doktorluq 
dissertasiyasını  müdafiə etmişdir. 2000-ci ildən 2011-
ci  ilə  kimi  Rusiya  Dövlət  Aqrar  Universitetinin 
―Anatomiya,  fiziologiya  və  zoogigiyena‖  kafedrasında    professor  vəzifəsində 
çalışmış,  Moskva  baytarlıq  təbabəti  və  biotexnologiya  Akademiyasında  və 
Rusiya  Dövlət  Aqrar  Universitetində  fəaliyyət  göstərən    ixtisaslaşdırılmış 
doktorluq dissertasiya şuralarının üzvü olmuşdur. Onun elmi fəaliyyəti quşların 
məhsuldarlığının  və xəstəliklərə davamlılığının artırılması üçün vasitə, üsul və 
yolların  işlənib  hazırlanması    və  elmi  əsaslandırılması    ilə  bağlıdır,  isti  iqlim 
şəraitində  broyler  əti  istehsalının  texnologiyasının  təkmilləşdirilməsi  üzrə 
apardığı  tədqiqatlarının  nəticələri  və  təkliflər  köhnə  quş  fabriklərinin  rekon-
struksiyası  və  yenilərinin  layihələşdirilməsi  və  tikilməsi  zamanı  geniş  tətbiq 
olunur.  Alimin  çoxillik  tədqiqatlarının  nəticəsi  olaraq  yerli  resurs  mənbələrinin 
mineralları  və  bioloji  fəal  maddələrin  əsasında  yeni  stressəleyhinə  preparat 
hazırlanıb istehsalata tətbiq edilmişdir.  
A. Tağıyev baytarlıq və zoomühəndislik ixtisası üzrə bir çox mötəbər beynəlxalq 
konfrans  və  simpoziumlardakı  çıxışları  ilə  Azərbaycan  və  Rusiya  elmini 
layiqincə təmsil etmiş, 110 elmi əsərin, tədris və tədris – metodiki işlərin, ―Kənd 
təsərrüfatı  heyvanlarının  xüsusi  gigiyenası‖  dərs  vəsaitinin  müəllifidir,  elmi 
tədqiqatlarının nəticələrinə əsasən 3 müəlliflik şəhadətnaməsi və səmərələşdirici 
təklif  almışdır.  1986-cı  ildən  Ümumdünya  quşçuluq  Assosiasiyasının,  2003-cü 
ildən  isə  Dietologiya  və  Nutrisiologiya  Baytarlıq  Assosiasiyasının  üzvüdür,  
2011-ci  ildə  Rusiya  federasiyasının  ali  və  elm  Nazirliyinin  tədrisdə  etdiyi  yeni 
nailiyyətə  görə    fəxri  fərmanı    ilə  təltif  edilmişdir,  apardığı  elmi-tədqiqat 
işlərinin  nəticələri  Rusiya  Xalq  nailiyyətləri  sərgisində  nümayiş  etdirilmişdir. 
Alim  2012-ci ildən Azərbaycan Dövlət Aqrar Universitetinin ―Heyvandarlıq və 
balıq məhsulları istehsalının texnologiyası‖ kafedrasında çalışır.  
 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin