Fяxrяddиn mustafayev


Ələsgərov Zahir Əmir oğlu



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə126/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   284
       Ələsgərov Zahir Əmir oğlu 
       (1960) 
 
Ələsgərov Zahir Əmir oğlu 1984-cü ildə ADAU-
nun Baytarlıq təbbabəti fakültəsini fərqlənmə diplomu 
ilə  bitirmiş,  elə  həmin  ildə  məzunu  olduğu  institutun 
«Epizootologiya,  Mikrobiologiya  və  Virusologiya» 
kafedrasının  nəzdində  əyani  təhsil  üzrə  məqsədli 
aspiranturaya qəbul olmuşdur.  
1988-ci  ildə  «Çiçəyə  qarşı  peyvənd  olunmuş 
quşların  orqanizminin  immunobioloji  reaktivliyinə 


 
90 
stress faktorların təsiri» mövzusunda dissertasiya işini müdafiə edərək, baytarlıq 
elmləri  namizədi  alimlik  dərəcəsini  almışdır,  1988-ci  ildə  ―Epizootologiya, 
mikrobiologiya və Parazitologiya‖ kafedrasında assistent, 1993-cü ildə isə həmin 
kafedranın dosenti seçilib. 1996-1999-cu illərdə Zoobaytarlıq və Əmtəəşünaslıq 
fakültəsinin  dekan  müavini  vəzifəsində  çalışmışdır.  2002-2008-ci  illərdə 
«Qoyunların  infeksion  xəstəlikləri»ni  öyrənən  elmi-tədqiqat  laboratoriyasının  elmi 
rəhbəri kimi fəaliyyət göstərmiş və bu problemlə əlaqədar olaraq məqsədyönlü elmi-
tədqiqatlar  aparmaqda  davam    edir.  O,  60-dan  çox  elmi  əsərin,  3  dərslik,  2  dərs 
vəsaiti və 2 monoqrafiyanın müəllifidir.  
Z.  Ələsgərovun  elmi  əsərlərinin  bir  qismi  Türkiyə,  Rusiya,  Gürcüstan, 
Belarus  və  Ukraynanın  nüfuzlu  elmi  jurnal  və  külliyatlarında  dərs  edilmişdir, 
heyvanların  və  quşların  bəzi  infeksion  xəstəliklərinin  profilaktikasına  və  onlara 
qarşı mübarizə tədbirlərinə həsr olunmuş bir sıra elmi tövsiyələrin müəllifidir. O, 
bir  sıra  xarici  ölkələrdə  (Türkiyə,  Rusiya,  Fransa,  Gürcüstan,  Ukrayna  və 
Norveçdə) Baytarlıq elminin və praktikasının aktual problemlərinə həsr olunmuş 
beynəlxalq elmi konqres, simpozium, konfrans və seminarlarda elmi məruzələrlə 
çıxış  etmiş  və  müvafiq  sertifikatlar  almışdır,  Respublikanın  «Qabaqcıl  təhsil 
işçisi» döş nişanı ilə təltif edilmişdir. 
Z.  Ələsgərov  «Azərbaycanda  qoyun  və  quzuların  Salmonellyozunun 
öyrənilməsi  və  ona  qarşı  səmərəli  mübarizə  tədbirlərinin  həyata  keçirilməsi» 
mövzusunda doktorluq dissertasiyası işini yekunlaşdırmışdır. 
O, 2011-ci ildən icrasına start verilmiş «Norveç Təbiət Elmləri Universiteti 
ilə  ADAU-nun  birgə  həyata  keçirdiyi  akademik  layihə»nin  bir  istiqaməti  olan 
«K/t  heyvanlarında  brusselyozunun  öyrənilməsi»  layihəsinə  rəhbərlik  edir, 
2000-ci  ildən  ADAU-nun  ―Epizootologiya,  Mikrobiologiya  və  Parazitologiya‖ 
kafedrasının müdiri vəzifəsində çalışır. 
 
 
 
 
 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin