Fяxrяddиn mustafayev


çərçivəsində baş verir və genlərin nəzarəti altında idarə olunur və tənzimlənir



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə134/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   284
çərçivəsində baş verir və genlərin nəzarəti altında idarə olunur və tənzimlənir. 
Mərkəzi  sinir  sisteminin  bütün  şöbələrinin,  o  cümlədən  onun  ali  şöbəsi  sayılan 
baş-beyinin  böyük  yarımkürələrinin  fəaliyyətinin  əsasını  refleks  təşkil  edir. 
Refleks-(latınca-reflexus-əks  olunan,  geriyə  qayıdan)  orqanizmin  reseptorların 
qıcıqlanmasına qarşı mərkəzi sinir sisteminin iştirakı ilə verdiyi mürəkkəb, cəld 
və  təcili  cavab  reaksiyası  olub,  elmə  ilk  dəfə  fransız  alimi  Rene  Dekart 
tərəfindən  daxil  edilib.  Fiziologiya  elminə  refleks  təlimini  XVIII-əsrdə 
İ.Praxanski  və  P.Uenzer  daxil  etmişdir,  sonralar  isə  İ.M.  Seçenov,  İ.P.Pavlov, 
Ç.Şerrinqton,  İ.Beritov  və  R.Anoxin  tərəfindən  daha  ətraflı  və  geniş  tərzdə 
öyrənilmişdir.  İ.P.Pavlov  bütün  refleksləri  2  əsas  qrupa–  şərtsiz  (anadangəlmə, 
genetik, nəsildən nəsilə verilən) və şərti (həyatda qazanılan) növlərə bölmüşdür. 
Şərtsiz refleksə uşağın, yaxud körpə heyvanların doğulan kimi anasını əmməsi, 
heyvanlararın  hərəkət  etməyə  (ayağa  durmağa  meyl  göstərməsi,  inək  və 
qoyunların  yalamaqla  balasını  qurutması,  körpə  heyvanların  mələməsi  və  s.), 
şərti refleksə isə müəyyən şərtlərə qarşı (tanış olan yemləri gördükdə ağız suyu 
və mədə şirəsinin ifrazı və s.) aiddir. Bioloji əhəmiyyətinə görə reflekslərin qida 
(həzm), tənəffüs, müdafiə, cinsiyyət, səs, orientasiya, lokomator, poznotonik və 
s.  növləri  vardır.  Mərkəzi  sinir  sisteminin  şöbələrinin  refleksdə  iştirak 
etməsindən  asılı  olaraq  onun  spinal  (onurğa  beyin  neyronları  iştirak  edir), 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin