olan quruluş, məlumat-informasiya, nəqliyyat, operator-funksional və nəzarətçi genlərin daimi nəzarəti altında olur, bütün prosesləri onlar
stimullaşdırır və tənzimləyir, son nəticədə isə ali orqanizmlər materiyanın canlı
varlığı kimi formalaşır və dinamik həyat fəaliyyətini davam etdirir, öz nəslini
saxlayır və populyasiyasını inkişaf etdirir. Beləliklə, orqanizmin canlı varlıq
kimi mövcud olması, onun genetik statusunun təmin edilməsi, daxili mühitinin
təmin olunması üçün olduqca geniş areallı zəmin yaranır.