105
Şəkil 2. Ribosomlar:
1-sitosel; 2-endoplazmatik şəbəkə; 3-sərbəst ribosom; 4-
endoplazmatik şəbəkə üzərində olan ribosom; 5-ribosomun böyük subvahidi; 6-riboso-
mun kiçik subvahidi (C.Nəcəfov və b., 2010).
Mitoxondrilər
– hüceyrələrdə energetik prosesləri tənzimləyən
adenozintrifosfat turşusunun (ATF) sintezini yerinə yetirməklə müxtəlif forma
(sap şəkilli, girdə, uzunsov) və ölçüdə (0,5-5 mkm) olur və hüceyrənin enerji
mənbəyi-«stansiyası» adlanır. Onların üzəri ikiqat membran (xarici hamar və
daxili daraqşəkilli qat-krist) ilə örtülü olmaqla onların arasında
xüsusi maye-
matriks toplanır. Matriksdə olan çoxlu sayda fermentlərin təsirindən hüceyrədə
metobolizm prosesi zamanı yaranan enerji bioloji enerjiyə çevrilir və
adenozintrifosfat (ATF) sintez olunur. ATF tərkibindəki fosfat turşusu
molekulunu itirərək adenozindifosfata (ADF) və adenozinmonofosfata (AMF)
çevrilir və hüceyrənin bütün energetik funksiyaları təmin edilir. Mitoxondrilər
yağ turşuları, fosfolipidlər və zülalların (az miqdarda) sintezində də iştirak
etməklə, onların tərkibində 25-30% lipid, 65-70% zülal və cüzi formada DNT və
RNT olur.
Holçi kompleksi müxtəlif (çən, qabarcıq, vakuol) formalı orqanoid olmaqla,
əsas funksiyası metabolizm prosesinin aralıq məhsullarını və ətraf mühitdən
daxil olan kimyəvi maddələri hüceyrələrdən təcrid və xaric etməkdən ibarətdir.
Bu kompleks nüvənin yanında yerləşərək hüceyrə mərkəzini əhatə etməklə ilk
dəfə olaraq Nobel Mükafatı Laureatı Kamillo K.Holçi (1898) tərəfindən
neyronlarda müşahidə edilməklə, eritrositlər və yetişmiş spermatozoidlərdən
başqa bütün hüceyrələrdə mövcuddur, hüceyrənin sekretor və ifrazat
funksiyasını icra edir.
Lizosomlar – kiçik (0,4-08 mkm) ölçüyə malik olan və hidrolitik
fermentlərlə dolu kisəciklərdən ibarətdir. Onların əsas funksiyası hüceyrələrin
həzm fəaliyyətini təmin etməkdir. Onlar heyvan və göbələklərin hüceyrələrinin
orqanoidi olmaqla Holçi kompleksində əmələ gəlir. Bitki hüceyrəsində mövcud
deyil, bir qat membrandan ibarətdir, tərkibindəki fermentlər hüceyrəyə daxil
olan markomolekulyar birləşmələri hidrolizə uğradır. Lizosomlar müdafiə
funksiyasına malik olmaqla hüceyrəyə daxil olan DNT genomalı virusları öz
fermentləri ilə neytrallaşdıraraq onları parçalayır.
Dostları ilə paylaş: