(Ģəkil 7). Çıxıntılarının sayına görə neyronlar: unipolyar (tək çıxıntılı), bipolyar (iki çıxıntılı) və multipolyar (çox çıxıntılı) qruplara bölünür. Onurğalılarda
əsasən bipolyar və multipolyar neyronlara təsadüf olunur. Dendritlər adətən
çoxlu sayda, akson isə tək olur. Neyronlar nüvəsinin iri, mitoxondrilərin çox və neyrofibrillərin olması, torlu aparatın güclü inkişaf etməsi, beyinin bəzi şöbələrində isə sekretor fəaliyyət göstərməsi ilə somatik və cinsiyyət hüceyrələrindən fərqlənir. Sekretor neyronlar mukoproteid və qlikoproteid
təbiətli sekret ifraz edir. Neyronların əsas funksiyası reseptorlardan və başqa
sinir hüceyrələrindən siqnalları qəbul etməkdən, informasiyaları hazırlamaqdan
və impulsları sinir, əzələ və sekretor hüceyrələrə ötürməkdən ibarətdir.
Neyronlar 3 əsas qrupa bölünür:
1.