112
sinapslarda təsir potensialı postsinaptik neyronda yaranır, həm oyadıcı, həm də
tormozlayıcı xüsusiyyətə, həmçinin kimyəvi, elektrik və qarışıq keçiricilik
mexanizminə malikdir. Müəyyən funksiyanı yerinə yetirən və onu tənzimləyən
neyronlar qrupu
sinir mərkəzi adlanır və oyanmanın ləng nəql edilməsi, ritminin
və gücünün transformasiya olunması, sıx qıcığa seyrək və əksinə cavab verməsi,
daimi tonusa malik olması, irradiasiya (impulsların neyronlara paylanması),
oyanmanın yalnız bir istiqamətdə-afferent neyrondan aralıq neyron vasitəsilə
efferent neyrona nəql olunması və s.-xassələri ilə səciyyələnir.
Sinir sistemi orqanizmin fəaliyyətini onun genetik homeostazı və xarici mü-
hitlə əlaqəsi formasında idarə edir, daimi nəzarətdə saxlayır və tənzimləyir.
Onun əsas aparıcı elementi sayılan neyronların fizioloji funksiyaları və beyinin
keçirici sistemlərinin sxemi əvvəlcədən
genetik olaraq proqramlaşdırırlır. Həm
hüceyrədaxili proseslər, həm də neyronlar arasındakı əlaqə hüceyrələrin genetik
ixtisaslaşması ilə müəyyənləşdirilir. Məsələn, görmə aparatının neyronları yalnız
özünün ikinci neyronları ilə əlaqəyə girir. Onlar eşitmə və s. sistemin neyronları
ilə heç bir əlaqəyə girmir. Bu hal beyinin bütün şöbələrinin və orqanların
neyronları üçün spesifik xarakter daşıyır və çox böyük əhəmiyyətə malikdir.
Genlərin dəsti (yığımı) inkişafda olan sinir hüceyrələrinin hansı tipə və sinir
kələfinə aid olacağını əvvəlcədən müəyyənləşdirir. Neyronların hansı quruluşa,
formaya, xassələrə malik olması də genetik determinasiyaya uyğun olaraq for-
malaşır. Sinir kələflərinin 3 genetik determinasiya olunmuş tipi-
ierarxik, lokal
və divergent – ayırd edilir.
Dostları ilə paylaş: