Fяxrяddиn mustafayev


Sinir hüceyrəsi  və onun xüsusiyyətləri



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə152/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   148   149   150   151   152   153   154   155   ...   284
 
Sinir hüceyrəsi  və onun xüsusiyyətləri. 
 
Orqanizmin hüceyrələrinin ümumi identikliyə malik olmasına baxmayaraq, 
onların bəziləri formasına, quruluşuna və funksiyalarına görə bir-birindən xeyli 
fərqlənir.  Bəzi  hüceyrələr  öz  fəaliyyəti  zamanı  sekretlər  ifraz  edir,  digərləri-
yığılmanı-təqəllüsü  təmin  edir,  başqa  bir  qrup  isə-sinir  impulslarını  keçirir. 
Lakin  buna  baxmayaraq  onların  hamısının  quruuşunda  ümumi  bir 
qanunauyğunluq  mövcuddur.  Belə  ki,  bütün  hüceyrələrin  hamısı  xarici  mem-
brana, sitoplazmaya, nüvəcik və xromosomlara malik olan nüvəyə, ribosomlara, 
mitoxondrilərə,  lizosomlara  və  s.  malikdir.  Hiss  üzvlərinin  reseptor  hüceyrələri 
membranının səthində xüsusi törəmənin olması, sinir və böyrək hüceyrələri isə 
özünün  spesifik  funksional  quruluşa  malik  olmasaı  ilə  digər  hüceyrələrdən 


 
111 
fərqlənir. Sinir hüceyrələri (neyronlar)– uzun və qısa çıxıntıları-şaxələri ilə bir-
likdə sinir sisteminin başlıca prioritet morfoloji və funksional bioloji vahidi sayı-
lır. Sinir toxuması mərkəzi sinir sisteminin əsas materialı kimi neyronlardan və 
neyroqliyadan  təşkil  olunur.  Heyvanların  orqanizmində  orta  hesabla  50  milyarda 
qədər  neyron  vardır.  Neyronlar  sinir  sisteminin  hüceyrə  elementlərinin  1-15%-ni 
təşkil  edir.  Onlar  formasına  görə  piramidəbənzər,  dairəvi,  ulduzvari,  oval  formada 
olur, ölçüləri isə 5-150 mkm-ə bərabərdir. Hər bir neyron cisim (soma, perikarion), 
dendritlərdən (latınca-«dendron»-ağac) və aksondan (latınca-«axon» – ox) ibarətdir. 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin