Fяxrяddиn mustafayev


Şəkil 4. Eukariot (məməli) hüceyrənin quruluşu. Nüvənin orqanellası-nüvəcik aydın  müşahidə olunur (F.Ayala, C.Kayger, 1987)



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə148/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   144   145   146   147   148   149   150   151   ...   284
Şəkil 4. Eukariot (məməli) hüceyrənin quruluşu. Nüvənin orqanellası-nüvəcik aydın 
müşahidə olunur (F.Ayala, C.Kayger, 1987). 
 
Xromosomlar. Xromosom (yunanca «xroma»-rəng, «soma»-bədən) termini 
biologiya elminə ilk dəfə V.Valdeyer (1888) tərəfindən daxil edilmişdir. Onların 
forması, morfologiyası və sayı hüceyrənin mitoz bölünməsi zamanı (metafaza və 
anafaza mərhələlərində) öyrənilir (Ģəkil 5). 
 


 
108 
 
 
Şəkil  5.  1971-ci  il  Paris  nomenklaturasına  müvafiq  olan  insan  xromosomlarının 
sxematik görünüşü (M.Babayev, 2006). 
Xromosomları  anilin  boyaları  ilə  boyadıqda  onların  bəzi  sahələri 
(heteroxromatin  sahə)  boyanı  intensiv  qəbul  etdiyi  halda,  digər  sahələri 
(euxromatin) çox zəif boyanır. Heteroxromatin sahə genetik cəhətdən qeyri-fəal 
(genlərə  malik  olmadığı  üçün),  euxromatin  sahə  isə  əksinə  çox  fəal  (genlərə 
malik olduğu üçün) olur. Rentgen – struktur analizinə əsasən hər bir xromosom 
çoxlu  sayda  (60-64)  30A
o
-diametrli 
xromonemlərdən 
təşkil 
olunur. 
Xromosomların eni  0,2-1,5 mk, uzunluğu isə 2-50 mk olmaqla, onların kimyəvi 
tərkibi əsasən (90-92%) nukleoproteidlərdən və nisbətən azlıq təşkil edən RNT, 
Fe, Mq, Ca və s. ionlardan ibarətdir. 
Hüceyrə  nüvəsinin  elektron  mikroskopu  ilə  müayinəsi  göstərir  ki,  xro-
mosom  2  ədəd  çox  nazik  saplardan-xromatiddən  təşkil  olunub.  Hüceyrənin  hə-
min 
quruluş  elementləri  irsiyyətin 
maddi 
bazası  hesab  olunur. 
Dezoksiribonuklein turşusu (DNT) biopolimer birləşmə olmaqla, onun molekulu 
ardıcıllıqla  düzülən  dezoksiribonukleotidlərdən  (monomerlərdən)  ibarətdir.Hər 
bir  monomerin  tərkibi  purin,  (adenin,  quanin),  yaxud  pirimidin  (sitozin,  timin) 
əsasından, dezoksiribozadan və fosfat turşusunun qalığından təşkil olunur. DNT-
nin  molekulu  iki  polinukleotid  spiral  şəklində  birləşən,  ardıcıl  düzülmüş  azot 
əsasından,  dezoksiribozadan  və  fosfat  turşusu  qalığından  ibarət  zəncirdən 
ibarətdir.  Zəncirin  birinin  adenini  digərinin  timini  (A-T),  quanini isə  sitozin  ilə 
(Q-S) birləşir, həm də zəncirlə qarşılıqlı olaraq biri digərini tamamlayır ki, bu da 
komplementarlıq  adlanır.  Xromosomların  tərkibində  az  miqdarda  olan  RNT-
nin  tərkibi  də  DNT-də  olduğu  kimi  4  azot  əsasından  (adenin,  sitozin,  alanin, 
urasil) təşkil olunmaqla, timin urasil ilə, dezoksiriboza isə riboza ilə əvəz olunur. 
RNT  yalnız  bir  zəncirdən  ibarətdir.  Hər  bir  fərdin  genetik  informasiyası  məhz 


 
109 
xromosomlarda  yerləşir.  Hüceyrələrin  nüvəsində  müxtəlif  sayda  dairəvi 
cisimciklər  –  nüvəciklər  yerləşir.  Nüvəciklərdə  ribosomal  ribonuklein  turşusu 
(rRNT)  və  nüvə  zülalları  (histonlar)  sintez  olunur.  Xromosomun  rRNT  sintez 
olunan  sahələri  nüvəciyin  təşkilatçısı  adlanır.  Məsələn,  donuzlarda  nüvəciyin 
təşkilatçısı  8  və  10-cu  xromosomlarda  müşahidə  olunur.  Donuzların  nüvəcik 
əmələ  gətirən  xromosomlarında  baş  verən  dəyişiklik  müxtəlif  xəstəliklərin 
(ataksiya, hərəkət koordinasiyasının pozulması sindromu və s.) baş verməsi üçün 
zəmin yaradır. 
Məşhur  genetiklər  (S.Q.Navaşin,  M.S.Navaşin,  L.N.  Delone,  Q.A.Levitski 
və  b.)  isbat  etmişlər  ki,  xromosomların  mikroskopik  müayinəsi  zamanı  onlar 
müxtəlif  forma  və  ölçülərdə  müşahidə  olunur  və  fərdi  quruluşa  malikdirlər. 
Lakin xromosomlarda ümumi morfoloji əlamətlər də mövcuddur. Xromosomlar 
əsasən  iki  teldən  –  paralel  yerləşən  xromatid  və  bir  nöqtədə  birləşən 
sentromerdən-ibarətdir.  Xromosomların  qurtaracaq  hissəsi  xüsusi  spesifik 
quruluşa  malik  olub,  telomerdən  sentromerə  (xromosomları  iki  çiyinə  ayıran 
xüsusi  sahə)  qədər  olan  hissəsi  onun  çiyini  adlanır  və  hər  bir  xromosomun  iki 
çiyini  olur.  Çiyinlərin  uzunluğundan  və  sentromerin  yerləşdiyi  yerdən  asılı 
olaraq xromosomlar dörd tipə bölünür (Ģəkil 6)

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin