Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə147/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   143   144   145   146   147   148   149   150   ...   284
Hüceyrə  mərkəzi  –  (sentrosoma)  kiçik  dairəvi  qranullardan-sentriollardan 
və sitoplazmanın ixtisaslaşmış sahəsindən-sentrosferadan ibarət olub hüceyrənin 
əsas  hərəki  (dinamik)  mərkəzi  kimi  onun  bölünməsini  və  çoxalmasını  həyata 
keçirir. Sentrosoma həm də axroma tin iylərin vasitəsilə xromosomların qütblərə 


 
106 
çəkilməsini, onların əmələ gəlməsini və sentriolların qütbülərə hərəkət etməsini 
təmin edir.  
Nüvə  –  hüceyrənin  genetik  inforomasiyaları  daşıyan  başlıca  komponenti 
kimi əsasən iki vəziyyətdə – sakit (interfaza) və bölünmə (mitoz, yaxud meyoz) 
mərhələsində  olur.  İnterfaza  mərhələsində  nüvə  xromatin  adlanan  zülali 
maddədən  təşkil  olunur.  Xromatitinin  iki  tipi-adi  mikroskopla  görünən 
heteroxromatin  və  yalnız  elektron  mikroskopu  ilə  görünən  euxromatin 
mövcuddur.  Onların  hər  ikisi  hüceyrədə  zülalların  biosintezinə  genetik  nəzarət 
edir.  Nüvə  hüceyrənin  bütün  funksiyalarını  idarə  etməklə  dairəvi,  yaxud 
ellipsvari  formaya  malik  olub,  əsasən  (70-90%)  zülallardan,  DNT  və  RNT-dən  
ibarətdir. Onun daxili boşluğunda xüsusi şirə-karioplazma, yaxud nukleoplazma 
toplanmaqla,  burada  həm  də  bir,  bəzən  isə  bir  neçə  dairəvi  cisimciklərə-
nüvəciklərə  təsadüf  olunur,  həmçinin  çoxlu  miqdarda  zülallar  və  RNT,  az 
miqdarda  isə  DNT  vardır.  Nüvəciyin  başlıca  funksiyası  ribosomları 
formalaşdırmaqdan  və  ribosomal  RNT-nin  (rRNT)  sintezini  təmin  etməkdən 
ibarətdir.  Nüvənin  membranı  xüsusi  məsamələrə  malikdir  ki,  onlar  da  nüvə  və 
sitoplazma  arasındakı maddələr  mübadiləsini  tənzimləyir.  Nüvənin  tərkibindəki 
ən vacib komponent xromosomlar hesab olunur. Onun  membranı zədələnərkən 
onda  regenerasiya  (bərpa)  olunma  prosesi  getmədiyi  üçün  sitoplazma  və 
karioplazma qarışır, hüceyrənin normal funksiyası tamamilə pozulur və distrofik 
dəyişikliklər  baş  verir.  Elektron  mikroskopiyası  zamanı  heyvan  hüceyrələrinin 
nüvəsinin struktur elementləri daha aydın görünür (Ģəkil 3, 4). 
 
 
 


 
107 
Şəkil  3.  Nüvənin  quruluşu:  1-nüvə,  2-nüvəcik,  3-xromatin,  4-daxili  membran,  5-
xarici  membran,  6-nüvə  porası  (məsamə),  7-poralar  kompleksi,  8-ribosom,  9-dənəvər 
endoplazmatik şəbəkə (C.Nəcəfov və b., 2010). 
 
 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin