Endoplazmatik şəbəkə (tor) – hüceyrələrdə olan kiçik borulardan ibarət, tor
şəkilli ikiqat membranla təşkil olunmaqla hüceyrənin müxtəlif elementlərinin və
sitoplazma daxili proseslərin qarşılıqlı əlaqəsini tənzimləyir. Bu şəbəkənin iki
tipi-qranulyar (membrana çoxlu sayda ribosom birləşən) və aqranulyar (yalnız
membranlardan təşkil edilən) vardır. Qranulyar şəbəkənin səthində zülallar,
aqranulyarınkında isə karbohidratlar və lipidlər sintez olunur. Hücyerənin aparıcı
sistemi adlanan bu şəbəkə onun bütün orqanoidləri və nüvəsi ilə qarşılıqlı
əlaqədə olur.