100
İnkişaf-isə keyfiyyət dəyişkənliklərindən, hüceyrə və toxumaların fizioloji
funksiyalarının mürəkkəbləşməsi, differensiallaşması və təkmilləşməsindən
ibarət olan prosesdir. Orqanizm inkişaf etdikcə mürəkkəb qruluş kəsb edir,
müxtəlif funksiyaları yerinə yetirən toxuma və orqanlar formalaşır. Orqanizmin
müxtəlif funksiyaları yerinə yetirən, qan damarları və sinirlə təchiz olunan,
toxumalardan təşkil edilən hissəsi
orqan adlanır. Morfoloji və funksional
cəhətdən oxşar olan müxtəlif orqanların məcmusu
orqanlar sistemi, quruluşu,
funksiyası və inkişaf dərəcəsi ilə bir-birindən fərqlənən ayrı-ayrı orqanların,
yaxud orqanlar sisteminin məcmusu isə
aparat adlanır. Quşlar, qurbağalar və
eukariotların bəzi növlərində fərdlər bir cinsiyyət hüceyrəsindən inkişaf edir
(partenogenez). Hüceyrələrin nəsli informasiyası maddi əsaslara malik olmaqla
sitogenetika (hüceyrə, onun quruluşu, ayrı-ayrı hissələrinin funksiyasından bəhs
edən sitologiya və genetikanın birləşməsi haqqında) elmi tərəfindən öyrənilir.
Dostları ilə paylaş: