Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə140/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   136   137   138   139   140   141   142   143   ...   284
Homeokinez–  orqanizmin  dəyişilmiş  xarici  mühit  şəraitində  həyat 
fəaliyyətini  davam  etdirməsi  üçün  olduqca  vacib  və  həyati  əhəmiyyətli 
funksiyaların-enerjinin  ayrılması,  lokomator  fəallıq  (hərəkətetmə)–  daimi 
saxlanmasından  ibarət  olub,  bəzən  homeostazın  dəyişildiyi,  yaxud  ondan  asılı 
olmayan  şəraitdə  baş  verir.  Orqanizmin  homeostazının  və  homeokinezin 
dayanıqlı  davamiyyəti  və  saxlanması  üçün  ən  vacib  şərtlərdən  biri  maddələr 
mübadiləsidir. 
Maddələr  mübadiləsi  (metabolizm)  –  xarici  ətraf  mühitdən  orqanizmə 
müxtəlif  maddələrin  daxil  olması  və  əmələ  gələn  parçalanma  aralıq 
məhsullarının  orqanizmdən  xaric  edilməsindən  ibarət  olmaqla,  bu  zaman 
yaranan  potensial  enerji  ayrılaraq  kimyəvi,  mexaniki,  istilik  və  elektrik 
enerjisinə  çevrilir.  Həmin  sərbəst  enerji  növləri  orqanizmdə  əzələ  işinin  həyata 
keçirilməsi, genetik sabitliyin, bədən temperaturunun daimi dinamik saxlanması, 
hüceyrənin  quruluş  və  funksiyalarının,  onun  böyümə  və  inkişafının  təmin 
olunması üçün istifadə olunur. Metabolizm iki bir-biri ilə həm dialektik vəhdətdə 
olan,  həm  də  əks  istiqamətdə  gedən  prosesdən-assimilyasiya-anabolizm  və 
dissimilyasiya-katabolizm ibarətdir. 
Anabolizm  –  xarici  mühitdən  orqanizmə  daxil  olan  ən  bəsit  maddələrin 
hüceyrələr tərəfindən mənimsənilməsi və onlardan daha mürəkkəb birləşmələrin 
hasil olunmasıdır. 


 
99 
Katabolizm  –  hüceyrələrdə  sintez  olunan  mürəkkəb  maddələrin  son  məh-
sullara  qədər  parçalanması,  çevrilməsi,  mübadilənin  son  məhsullarının  isə 
onlardan ifrazat orqanları vasitəsilə xaric olunmasıdır. Metabolizm bütün sonrakı 
proseslərin-böyümə,  inkişaf,  çoxalma,  qidalanma,  tənəffüs,  həyat  fəaliyyəti 
məhsullarının  xaric  edilməsi,  hərəkət,  xarici  mühitin  dəyişilməsinə  verilən 
müvafiq  cavab  reaksiyası-həyata  keçirilməsi  üçün  əsaslı  zəmin  yaradır.  Bu 
proseslər  zamanı  yaranan  aralıq  və  son  məhsullar  hüceyrə  tərəfindən  istifadə 
olunmayaraq  böyrəklər,  mədə-bağırsaq  sisteminin  selikli  qişası,  ağız  suyu, 
mədəaltı  və  digər  vəzilərin  sekretləri,  dəri  və  tənəffüs  orqanları  vasitəsilə 
hüceyrələrdən  xaric  olunur.  Tənəffüs  zamanı  karbon  qazı,  tərlə  isə–  su,  sidik 
cövhəri  və  mineral  duzlar  orqanizmdən  ixrac  edilir.  Lakin  hücyrədən  aralıq  və 
son  metabolizm  məhsullarının  ixrac  olunması,  yəni  ifrazat  funksiyası  başlıca 
olaraq, böyrəklərin vasitəsilə həyata keçirilir. Bu proseslər böyrəyin əsas aparıcı 
funksional  vahidləri  sayılan  nefronların  vasitəsi  ilə  icra  olunur.  Qaramalın  bir 
böyrəyində  4,  qoyunda-1,  donuzda  isə-1,5  milyon  nefron  vardır.  Qeyd 
olunanlardan  belə  nəticəyə  gəlmək  olur  ki,  həm  insan,  həm  də  heyvan  və 
quşların orqanizmində baş verən bütün fizioloji, biokimyəvi və digər həyat üçün 
vacib  olan  proseslərin  hamısı  məhz  hüceyrələrdə  baş  verir  və  onlar  ən  aparıcı, 
mərkəzi  funksional  vahid  sayılır.  Buna  görə  də  hüceyrənin  quruluşuna  və 
funksional fəaliyyətinə daha önəmli yer verilməsi, geniş və ətraflı şərh olunması 
daha  məqsədəuyğundur.  İrsiyyətin  sitoloji  əsasları  da  məhz  hüceyrə  və  onun 
komponentləri, xüsusilə nüvə ilə əlaqədardır. 
 Dünyanın  məşhur  bioloq,  morfoloq,  sitoloq,  histoloq,  genetik  və  fi-
zioloqları  elmi cəhətdən bir araya gələrək birmənalı surətdə hazırda hüceyrənin 
tərifinin  aşağıdakı  kimi  şərh  olunmasını  daha  məqsədəuyğun  hesab  edirlər. 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin