Sitogenetika hüceyrələrin irsi quruluşunun miqdar (kəmiyyət) və keyfiyyətcə dəyişilməsindən bəhs edən elmdir. Sitogenetik müayinələrin aparılması üçün
hər şeydən əvvəl bioloji və təsərrüfat xüsusiyyətlərinə görə bir-birindən
fərqlənən heyvan hüceyrələrinin quruluşu, çoxalma və bölünmə yolları və
genetik quruluşu ətraflı öyrənilməlidir.
Canlı materiya – üzvi aləm uzun müddət 2 əsas qrupa (bitkilər və
heyvanlar) bölünürdü. Hazırda isə alimlər bir araya gələrək üzvi aləmi 4 çarlığa
bölürlər: prokariotlar (nüvəsiz hüceyrələr-göy və yaşıl yosunlar), viruslar (həyatın yüksək molekulyar və genetik səviyyəyə malik olan qeyri-hüceyrəvi
forması), eukariotlar, yaxud birhüceyrəli orqanizmlər (mikroorqanizmlər,
protozoalar və göbölöklər) və çoxhüceyrəli orqanizmlər (ali bitkilər və
heyvanlar). İlk orqanizmlər hüceyrə quruluşunda olmayan canlılardan yaranan
birhüceyrəli orqanizmlər-eukariotlar olmuşdur. Sadə canlılar içərisində ilkin (3,5
miliyard il əvvəl) canlılar yaşıl qamçılılar və amöblər hesab edilirdi. Tədricən
həyat şəraitinə uyğunlaşan bu bəsit orqanizmlər canlılara (bitki və heyvanlara)
başlanğıc verir və inkişaf edir. Hər iki ibtidai orqanizmdən divergensiya (aralanma, haçalanma) yolu ilə digər canlılar yaranır, inkişaf edir (sxem 2 ).