110
Şəkil 6. Xromosomların formaları:
A-metasentrik; B-submetasentrik; C-akrosentrik; D-telosentrik
I-mikro şəkillər; II-sxematik görünüşü (R.Əliyev, C.Nəcəfov və b., 2008
)
Erkək və dişi fərdlərdə xromosom yığımları yalnız bir cüt xromosoma –
X
(iks) və
Y (iqrek) – görə bir birindən fərqlənir. Cinsiyyətə görə fərqlənən həmin
xromosomlar cinsi xromosom, yaxud
qonosom, müxtəlif cinsiyyətli fərdlərin
hüceyrələrində olan eyni xromosomlar isə
autosomlar adalınır. Müxtəlif
növlərin xromosom yığımının təhlili zamanı müəyyən olunmuşdur ki,
xromosomlar sayına və quruluşuna görə bir-birindən fərqli olur. Növün diploid
xromosom yığımının miqdar və quruluş xüsusiyyətlərinin məcmusu
kariotip
adlanır. S.Q.Navaşinə görə kariotip – növün özünə məxsus səciyyəvi
formulasıdır. Kariotipdə hər bir fərdin genetik informasiyalarının dəyişməsi
nəticəsində orqanizmlərin və onların nəslinin əlamət və funksiyalarının
dəyişilməsi prosesi əks olunur.
Dostları ilə paylaş: