– Metasentrik – çiyinləri bərabər olan xromosomlar;
– Submetasentrik – çiyinləri bərabər olmayan və biri digərindən nisbətən
qısa olan xromosomlar;
– Akrosentrik xromosomlar – çiyinlərindən biri digərindən çox qısa olan və
aydın seçilməyən xromosomlar;
– Telosentrik xromosomların çiyinlərindən biri ya tamamilə görünmür, ya
da olduqca çətin müşahidə edilir.
Xromosomların kimyəvi müayinəsi göstərir ki, onlarda iki əsas komponent
– dezoksiribonuklein turşusu (DNT) və histon tipli zülallar, yaxud protaminlər
(cinsiyyət hüceyrələrində) mövcuddur. Xromosomların hər birində xromonem
adlanan bir tel vardır, xromonemin özü isə bir DNT molekulundan ibarətdir.