Fяxrяddиn mustafayev


(evolutio-latınca  çevrilmə,  təkmilləşmə,  təkamül  mənasını  verir)



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə130/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   284
(evolutio-latınca  çevrilmə,  təkmilləşmə,  təkamül  mənasını  verir)  nəticəsində 
formalaşmışdır.  Kimyəvi  evolyusiya  təlimi  dünya  şöhrətli  alim  Lui  Paster 
tərəfindən  irəli  sürülmüş  və  sonralar  akademik  A.İ.Oparin  tərəfindən  inkişaf 
etdirilərək  müasir  elmdə  dərin  kökü  olan  təlim  kimi  etiraf  edilmişdir.  Bu  gün 
artıq  dünyanın  tanınmış  alimləri  bu  təlimi  yüksək  qiymətləndirməklə  onu 
məmnuniyyətlə  dəstəkləyirlər.  Həmin  təlimə  görə  cansız  maddələrin  canlı 
maddələrə  çevrilməsindən  yaranan  zülal  kolloid  kompleksi  mühitdəki  suyu 
özünə  çəkərək  (adsorbsiya)  hüceyrə  membranını  əmələ  gətirir.  Sonra  xüsusi 
hüceyrə  komponentləri-koatservatlar  (koatservatio-latınca  koma,  toplantı, 
toplanma  deməkdir)  sintez  olunur,  onlardan  isə  ilk  canlılar-protobiontlar 
(«protos»-yunanca  ilk,  «bions»-canlı  deməkdir)  yaranır.  Bu  prosesin  sonu 
hüceyrənin və çoxhüceyrəli orqanizmlərin evolyusiyası ilə nəticələnir. 
Kimyəvi evolyusiya təliminin əsaslı olmasını qədim meteoritlərin astroidlərinin 
(daş  qəlpələrinin)  səthində  hopmuş  vəziyyətdə  öz  xüsusiyyətlərini  indiyədək 
saxlayan üzvi birləşmələrin (hətta amin turşularının) tapılması bir daha təsdiq edir. 
Bu təlim bir daha sübut edir ki, hər bir canlı yalnız fərdi inkişaf qanunauyğunluqları 
əsasında özünəməxsus olan genlərin, molekulların birləşməsi, təkamülü və cinsiyyət 
hüceyrələrinin  qarşılıqlı  assimilyasiyası  nəticəsində  formalaşır,  öz  nəslini  saxlayır. 
Beləliklə, kimyəvi evolyusiya təlimi bir daha Ç.Darvinin insanın əcdadının meymun 


 
94 
olması nəzəriyyəsini tamamilə təkzib edərək elmi cəhətdən onun əsassız olduğunu 
təsdiqləyir (sxem 1)
 
 
QEYRİ ÜZVÜ BİRLƏŞMƏLƏR 
 
 
ÜZVİ BİRLƏŞMƏLƏR 
 
 
İLKİN BULYON 
 
 
KOATSERVATLAR 
 
 
PROTOBİONTLAR 
 
 
ÇOX MOLEKULLU BİOLOJİ SİSTEMDƏN ƏVVƏL 
YARANAN TÖRƏMƏLƏR 
 
 
DNT 
 
 
HÜCEYRƏ 
 
ÇOX HÜCEYRƏLİ ORQANİZMLƏR 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin