Fяxrяddиn mustafayev


Məmmədli ƏĢrəf Teymur oğlu



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə127/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   284
Məmmədli ƏĢrəf Teymur oğlu 
       (1939) 
 
Məmmədli  Əşrəf  Teymur  oğlu  1956-ci  ildə  
orta  məktəbi  ―Gümüş‖  medalla  bitirmiş    və  Gəncə 
şəhərində  H.Zərdabi    adına  pedaqoji  institutun 
fizika-riaziyyat fakultəsinə daxil olmuş, bu institutda  
bir il oxuduqdan sonra ADAU-nin baytarlıq təbabəti  
fakultəsinə    kecəcək  əvvəlcə  ən  yüksək  dövlət- 
Stalin,  sonra  isə  Lenin  təqaüdlərinə  layiq  görülmüşdür,  hələ  IV  kursda  oxuyarkən 
―İmmunitetinin  əmələ  gəlməsində  antibiotiklərin    rolu‖  adlı  elmi  maqəlasi  açıq 
mətbuatda  dərc  olunmuşdur.  Alim  1962-ci  ildə  ADAU-nun  baytarlıq  təbabəti 
fakultəsini  fərqlənmə  diplomu  ilə  bitirmiş,  1962-1964-cü  illərdə  müxtəlif  kənd 


 
91 
təsərrüfatı  sahələrində  işlədikdən  sonra  1964-cü  ildə  Azərbaycan  Elmi-Tədqiqat 
Baytarlıq İnstitutunda helmintologiya üzrə aspiranturaya daxil olmuş və 1968-ci ildə 
Gürcüstan  respublikasının  Zoobaytarlıq  Elmi-Tədqiqat  və  Tədris  İnstitutunda 
müvəffəqiyyətlə  namizədlik  dissertasiyası  müdafiə  etmişdir.  1968-1972-ci  illərdə 
Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyi  sistemində  müxtəlif 
vəzifələrdə-Baş  Baytarlıq  və  Otlaqlar  idarələrində  böyük  və  baş  baytar  həkimi  və 
Respublikanın  Baytarlıq  laboratoriyasının  direktoru  vəzifələrində  çalışmışdır.  O, 
1972-ci  ildə  Kənd  Təsərrüfatı  Nazirinin  əmri  ilə  Azərbaycan  Elmi-Tədqiqat 
Baytarlıq İnstitutuna  baş elmi işçi  vəzifəsinə təyin edilmişdir. 1978-ci ildə  keçmiş 
SSRİ-nin Ali Attestasiya Komissiyasının qərarı ilə ―Baytarlıq Sanitariyası‖ üzrə baş 
elmi  işçi  rütbəsi  diplomuna  layiq  görülmüşdür.  Ə.T.Məmmədli  1980-ci  ildən 
AzETBI-nin  ―Ekologiya,  sanitariya,  ekspertiza  və  yoluxmayan  xəstəliklər‖ 
laboratoriyasının  müdiridir.  Onun  rəhbərliyi  ilə  göstərilən  sahələr  üzrə 
laboratoriyada  çox  dəyərli,  iqtisadi  cəhətdən  səmərəli  və  praktiki  əhəmiyyətli 
tədqiqatlar aparılmış və sanballı təkliflər verilmişdir. Laboratoriyanın apardığı geniş  
miqyaslı  elmi  təfqiat  işləri  nəticəsində  çox  qiymətli  tətqiqat  işləri  təsərrüfatlarda 
həyata keçirilmişdi: ―Yüksək keyfiyyətli südün alınma texnologiyası‖, ―İri buynuzlu 
heyvanların  saxlanmasında  optimal  mikroiqlim  parametrləri‖,  ―Sağım  avadan-
lıqlarının  və  süd  qablarının  hipoxlorit  natrium  məhlulu  ilə  yuyulub-dezinfeksiya 
edilməsi‖,  ―Camış  saxlanan  heyvandarlıq  binalarında  optimal  mikroiqlim 
parametrlərinin təmin olunması‖, ―Müasir heyvandarlıqda mastit xəstəliklərinə qarşı 
kompleks  tədbirlər  konsepsiyası‖,  ―İnəklərin  mastit  xəstəliklərinin  diaqnozu, 
müalicə  və  profilaktikasına  dair  təlimat‖,  ―Qaramalın  yelin  xəstəlikərinə  qarşı 
kompleks  tədbirlər  sistemi‖  və  s.  Respublika  heyvandarları  və  zoobaytar 
mütəxəssisləri onu  zəhmətkeş, yüksək intellektual səviyyəli və eridusiyalı, qayğıkeş 
insan kimi tanıyırlarlar. Ə.T.Məmmədli 5 kitabın, 18 kitabçanın və  broşuranın, 7 
tövsiyənin,  3  metodiki  göstərişin,  2  metodiki  vəsaitin,  1  təlimatın,  150  –dən  artıq 
elmi  məqalənin,  çox  saylı  elmi-populyar  məqalələrin,    vərəqələrin,  buklet  və 
plakatların, 1 ixtiranın, 4  diaqnostik testin və 1 yerli sənaye məhsulundan hazırlanan 
dezinfeksiyaedici  preparatın  müəllifidir.  Hazırda  ekologiya,  sanitariya  və 
yoluxmayan  xəstəliklər  sahəsində  laboratoriyada  fundamental  tədqiqat  işlərinin 
aparılmasına  və  həyata  keçirilməsinə  rəhbərlik  edir  və  elmi  axtarışlarını  davam 
etdirir. 
 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin