Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə123/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   284
                                         
      Bayramov Səhman Yusif oğlu  
     (1967) 
 
Səhman 
Bayramov 
(1967) 
–  1991-ci  ildə 
Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  baytarlıq 
təbabəti  fakultəsini  fərqlənmə  diplomu  ilə  bitirdikdən 
sonra  1992-ci  ilin  fevral  ayına  qədər  Xocalı  rayonunun 
baytarlıq  idarəsində  baytar  həkimi,  həmin  ilin  aprel 
ayından  isə  Azərbaycan  Elmi-Tədqiqat  Baytarlıq 
İnstitutunun  parazitologiya  laboratoriyasında  kiçik  elmi 
işçi vəzifəsində işləmişdir. O, 1993-cü ildə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq 
İnstitutunda  parazitologiya  ixtisası  üzrə  qiyabi  aspiraturaya  daxil  olub,  1997-ci 
ildə  ―Toyuqların  askaridiozuna  qarşı  baldırğanın  və  onun  antihelmint  prepa-
ratlarla qarışıqlarının işlədilməsi‖ mövzusunda dissertasiya işini müdafiə edərək 
baytarlıq  elmləri  namizədi  elmi  dərəcəsi  almışdır.  Alim  27  mart  1998-ci  ildən 
2007-ci  ilə  kimi  parazitologiya  laboratoriyasında  böyük  və  aparıcı  elmi  işçi 
vəzifəsində  çalışmış,  23  fevral  2007-ci  ildən  isə  Kənd  Təsərrüfatı  Naziri 
tərəfindən  Azərbaycan  Elmi-Tədqiqat  Baytarlıq  İnstitutunun  direktoru  təyin 
edilmişdir.  S.Y.Bayramov  2004-cü  ildən  ―Azərbaycanda  quşların  qarışıq 
invaziyalarının  yayılması,  inkişafı,  müalicə  və  profilaktika  tədbirləri‖  adlı 
doktorluq  dissertasiyası  üzərində  işləyir.  O,  1  elmi  ixtiranın,  3  kitabın,  2 
tövsiyənin,  xaricdə  və  respublikamızda  çap  olunmuş  70-dən  çox  elmi  əsərin 
müəllifidir. Alimin parazitologiya sahəsində apardığı elmi tədqiqat işləri hazırda 
respublikamızda  fəaliyyət  göstərən  quşçuluq  təsərrüfatlarında  geniş  tətbiq 
olunmaqdadır.  S.Bayramovun  hazırda  rəhbərlik  etdiyi  Azərbaycan  Elmi-
Tədqiqat 
Baytarlıq  İnstitutunun  alimləri  heyvandarlıq  və  quşçuluq 
təsərrüfatlarında bütün  yoluxucu (infeksion və invazion) və s. xəstəliklərə qarşı 
elmi-tədqiqat işlərini uğurla davam etdirirlər.  
 
 
 
 
 
 
 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin