74
professoru Ağayeva Emma Müzəffər qızının ölkəmizdə mikrobiologiya, immu-
nologiya, immunogenetika, molekulyar biologiya, gen mühəndisliyi və
biotexnologiya elmlərinin öyrənilməsində, tədrisində və inkişafında xüsusi və
təqdirəlayiq xidmətləri vardır. O, 1974-cü ildə Azərbaycan Dövlət Aqrar
Universitetinin baytarlıq təbabəti fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən
sonra 1975-ci ildə İnstitutun Elmi Şurasının qərarı ilə Moskva şəhərindəki sabiq
Ümumittifaq Eksperimental Baytarlıq İnstitutunun mikrobiologiya, virusologiya
və immunologiya ixtisasları üzrə əyani aspiranturaya daxil olmuş və 1981-ci ildə
namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək baytarlıq təbabəti
elmləri namizədi alimlik dərəcəsi almışdır. O, «Mikroorqanizmlərin tipizasiyası
və tipospesifik serumun (zərdab) alınmasına aid hazırlanan sabiq Ümumittifaq
miqyaslı tövsiyyənin» müəllifi olmuşdur. E.Ağayeva 1982-ci ildə ADAU-nun
«Epizootologiya, mikrobiologiya və virusologiya» kafedrasının assistenti, 1987-
ci ildə isə dosenti vəzifəsində işləmiş, 2000-ci ildə Bakı şəhərində
mikrobiologiya, virusologiya, immunologiya və mikologiya ixtisasları üzrə
doktorluq dissertasiyası müdafiə edərək baytarlıq elmləri doktoru elmi dərəcəsi
adına layiq görülmüşdür. Alim əvvəlcə (2003) Azərbaycan Tibb Universitetinin
«Tibbi biologiya və genetika» kafedrasında dosent, sonra isə (2004) «Tibbi
mikrobiologiya və immunologiya» kafedrasının professoru vəzifəsinə seçilmiş
və hazırda həmin kafedrada öz elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirir.
Onun elmi-tədqiqat işlərinin əsas qayəsi müasir biologiya elminin ən prioritet,
mürəkkəb, lakin planetar və bəşəri əhəmiyyətli, hazırda dinamik inkişaf edən,
mütərəqqi elm sahələri-molekulyar biologiya, immunologiya, immunogenetika,
gen mühəndisliyi, biotexnologiya və s. təşkil edir. O, həm də ATU-da qeyd
edilən müasir və çətin elm sahələrinin tədrisi ilə məşğuldur. Alimin ali
məktəblər üçün hazırladığı fundamental dərsliklər «Biotexnologiya və gen mü-
həndisliyi», 2010 (azərbaycan və rus dillərində), «Molekulyar biologiya üzrə
(mikrobiologiya, immunologiya, gen mühəndisliyi) terminlər lüğəti» (2010) və
s. onun yaradıcılığının şah əsərləri sayılır. O, həm də ölkəmizdə elmi-pedaqoji
alim kadrların hazırlanmasında çox böyük xidmətlər göstərərək, hazırda bir neçə
dissertasiya işlərinə elmi rəhbərlik edir, eləcə də bir monoqrafiya, 200-ə qədər
elmi əsər, tədris vəsaitləri və metodik tövsiyələrin müəllifidir. E.Ağayeva ATU-
nun mikrobiologiya, allergologiya, epidemiologiya və gigiyena üzrə Dissertasiya
Şurasının üzvü kimi də universitetin ictimai həyatında çox fəal iştirak edir.
Hazırda alimin çox geniş dipozonlu elmi-pedaqoji yaradıcılıq planları vardır. O,
hazırda biologiya elminin qeyd edilən müasir sahələri üzrə öz elmi-pedaqoji
yaradıcılq işlərini çox uğurla davam etdirir.
Dostları ilə paylaş: