Məmmədova Siddiqə Rza qızı (1925) Bitki mühafizəsi elmi sahəsində fundamental
elmi-tədqiqatların aparılmasında entemologiya üzrə ilk
azərbaycanlı qadın akademik, biologiya elmləri doktoru
Siddiqə Rza qızı Məmmədovanın böyük xidmətləri
olmuşdur. O, ADAU-nun Aqronomluq fakültəsini
fərqlənmə diplomu ilə bitirdikdən sonra, entomologiya
kafedrasında baş laborant vəzifəsində çalışmış və 1952-
ci ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərə-
cəsi almışdır.
Alim 1956-cı ildən 1963-cü ilə qədər ADAU-da assistent, dosent vəzifələrində,
1963-cü ildən indiyədək isə Azərbaycan ET Bitki Mühafizəsi İnstitutunun direktoru
vəzifəsində işləyir. S.Məmmədova 1971-ci ildən biologiya elmləri doktorudur, 1973-
cü ildə professor, 1983-cü ildə Azərbaycan MEA-nın müxbir üzvü, 2001-ci ildə isə
həqiqi üzvü seçilmişdir. O, hazırda AMEA-nın biologiya bölməsi üzrə yaradılan
Koordinasiya Şurasının bitkiçilik, bitki mühafizəsi üzrə sədridir. Alim 2008-ci ildən
ADAU-da doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşmış
Müdafiə Şurasının sədridir. O, 205-dən artıq elmi əsərin, o cümlədən, 5 tədris
vəsaitinin, 2 soraq kitabının, 3 monoqrafiyanın, 7 ixtiranın, 2 pestisidlərin katoloqunun
müəllifidir. S.Məmmədova «Şərəf Nişanı», «Qırmızı Əmək Bayrağı», «Şöhrət»
ordenləri, «Əməkdə İgidliyə görə», «Əmək Veteranı» medalları ilə təltif olunmuşdur.
O, 1985-ci ildə II çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir.