Xəlilov Bəhman Bəhram oğlu (1930 -2012) Ölkəmizdə yüksək ixtisaslı aqrar sahə müt-
əxəssislərinin hazırlanmasında və ADAU-nun inki-
şafında onun məzunu olmuş, biologiya elmləri
doktoru, professor, ƏEX Bəhman Bəhram oğlu
Xəlilovun çox böyük və təqdirəlayiq xidmətləri
olmuşdur. Onun elmi-tədqiqat işlərinin əsas
qayəsini entomozların genetik və bioloji xassə-
lərinin öyrənilməsi və onlarla müvafiq mübarizə
tədbirlərinin metodikasının hazırlanması təşkil
edir. O, elmi-pedaqoji fəaliyyəti ilə yanaşı 1973-
1983-cü illərdə ADAU-nun rektoru olmuşdur. Bitki mühafizəsi üzrə tanınmış
alim həm də Rusiya Aqrar Elmi Akademiyasının həqiqi üzvü olmuşdur. Onun
rektor işlədiyi müddətdə instituta tələbə qəbulu xeyli artırılmış, yeni kompleksin
inşası üçün Azərbaycan KP MK, SSRİ Kənd Təsərrüfatı Nazirliyi və
Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı qəbul olunmuş və qərara əsasən
bir sıra tikinti işləri aparılmışdır. Ulu öndər Heydər Əliyevin böyük diqqət və
qayğısı nəticəsində 1978-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin «Azər-
baycan Kənd Təsərrüfatı İnstitutunda kadr hazırlığının daha da yaxşılaşdırılması
və onun tədris-maddi bazasının möhkəmləndirilməsi tədbirləri haqqında» birgə
qərarı qəbul olundu. Bu qərarda tədris prosesinin, elmi tədqiqatların, təlim-
tərbiyə işlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması proqramı nəzərdə
tutulmuşdur. Həmin qərarın tələblərinə uyğun olaraq Gəncə-Göygöl şəhərləri
arasında 300 hektarlıq sahədə ADAU-nun böyük kompleksinin tikilməsi planlaş-
dırılmışdı. 1979-cu ildən bu işlərə ciddi şəkildə başlanıldı, xeyli tikintilər və
kommunikasiya işləri həyata keçirildi, yataqxanalar, qazanxanalar tikildi, bir
neçə tədris korpusunun, dendroloji parkın, ippodromun əsasları qoyuldu.
B.Xəlilov SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 may 1979-cu il tarixli fərmanı
ilə yüksək ixtisaslı mütəxəssislər hazırlanmasında və kənd təsərrüfatı elminin
inkişafında xidmətlərinə görə «Şərəf nişanı» ordeni ilə təltif edilmişdir. O, çoxlu
sayda dərslik və dərs vəsaitləri hazırlamışdır. Onun rəhbərliyi ilə bir neçə
namizədlik və doktorluq dissertasiyaları hazırlanmışdır.