Biotexnologiya Federasiyasının qətnaməsində
qeyd
edildiyi
kimi,
biotexnologiya – mikrobiologiya, biokimya, genetika, molekulyar biologiya və
kimyəvi texnologiya sahələrinə mənsub elm və metodların tədbiqinə
əsaslanaraq, hüceyrə səviyyəsində insanlara gərəkli məhsul maddələrinin
alınmasına xidmət edir. Dünyada ərzaq qıtlığı, zülal çatışmazlığı bəşəriyyət üçün
böyük təhlükə sayılır. Sübut olunmuşdur ki, biotexnoloji yolla bu problemi 70-
80% ödəmək olar. Hazırda mikroorqanızmlərın sintez etdiyi məhsullar: zülallar,
amin turşuları, yağlar, antıbiotiklər, vitaminlər, fermentlər, vaksinlər,
immunoqlobulinlər, interferon, diaqnostik preparatlar, toksinlər, polisaxaridlər
və digər fızioloji aktiv maddələr müxtəlif biotexnoloji proseslər vasitəsilə
sənayedə istehsal edilir.
Genetik müayinə və analizlərin aparılması üçün əsasən tədqiqat obyekti
kimi DNT və RNT-nin molekullarından istifadə edilir. Çünki genetik – irsi
informasiyanın saxlanmasını, ötürülməsini və realizə olunmasını yalnız onlar
təmin edir. Orqanizmlərin xəstəliklərə həssaslığı və davamlılığı da məhz həmin
amillər tərəfindən icra olunur. Təbabətin və baytarldıq təbabətinin ən aktual
problemləri (xəstəliklərin genetik statusu, bioloji preparatlar və s.) də hazırda
genetik səviyyədə icra olunur. Tibb və baytarlıq təbabəti həkimi öz fəaliyyətində
genetika elminə, ontogenezin normal inkişafı istiqamətinə üstünlük verməli və
genetik analizlərə istinad etməlidir. Çünki bütün patoloji proseslərin əsasında
hüceyrədə gedən genetik dəyişiklik və pozulmalar durur və onlar genlərin
mutagenezi və modifikasiyası nəticəsində baş verir. Bilikli və səriştəli həkim