Fяxrяddиn mustafayev


verilməsi, nəsil və populyasiyalar arasında maddi və funksional varisliyi, onto-



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə9/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   284
verilməsi, nəsil və populyasiyalar arasında maddi və funksional varisliyi, onto-
genezi  təmin  edən,  nəsildə  valideyin  fərdlərə  məxsus  olan  səciyyəli  xüsusiy-
yətlərin (əlamət və xassələrin) formalaşmasını təmin edən hadisədən ibarətdir. 
İrsiyyət həm də müxtəlif nəsil törəmələrində mövcud olan fərqli xüsusiyyətləri 
saxlayan  hadisə  sayılır.  Dəyişkənlik  –  canlı  aləmin  irsiyyətinin  qeyri-stabil 
olmasını  xarakterizə  etməklə  genlərin  dəyişilməsindən,  ontogenez  zamanı 
genlərin  dəyişilmiş  formasından  ibarət  olan  mürəkkəb  prosesdir.  Genetik 
informasiyalar ümumiləşmiş formada aşağıdakı prinsip əsasında ötürülür: 


 

DNT        RNT        zülal sintezi. Məşhur çex alimi, avqust kilsəsinin rahibi 
(Brno  şəhəri)  İohan  Qreqor  Mendel  noxud  bitkisi  (Pisum  sativum)  üzərində 
apardığı təcrübələrlə genetika elminin elmi əsasını qoymuş, De-Friz, K.Korrens 
və E.Çermak 35 ildən sonra onun kəşfini təsdiq etmiş, Tomas Çent Morqan və 
onun tələbələri isə irsiyyətin xromosom nəzəriyyəsini  yaratmışdır. Həmin tarixi 
kəşflər genetikanın sonrakı inkişafına çox böyük təkan və stimal vermişdir. 
Genetika canlı aləmi tədqiq edən, geniş və ətraflı öyrənən ən mürəkkəb, çox 
şaxəli,  eləcə  də  olduqca  maraqlı  elmdir.  Erkək  və  dişi  fərdlərin  doğulması, 
törəmələrin bəzi əlamətlərə görə əcdadlarına oxşaması, qadından uşaq, inəkdən 
buzov,  qoyundan  quzu,  toyuqdan  cücə,  bal  arısından  yalnız  bal  arısının  və  s. 
törəməsinin  səbəblərini  yalnız  genetika  elmi  araşdırır  və  aşkarlayır.  Genlərin 
ciddi  nəzarəti  olmadan  canlı  aləmin  ayrı-ayrı  fərdlərinin  orqanizmdə  heç  bir 
fizioloji,  biokimyəvi,  metabolik,  çoxalma  və  s.  proses  icra  oluna  bilməz.  Lakin 
bütün  proseslər,  o  cümlədən  ontogenez  yalnız  ətraf  mühitlə  dialektik  vəhdət 
fomasında baş verə bilər. Dünya şöhrətli, dahi filosoflar K.Marks və F.Engelsin 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin