7
Molekulyar biologiya bəşəriyyət üçün fundamental-tətbiqi və nəzəri
əhəmiyyətli, geniş diapozrnlu və mütərəqqi elm sahəsi olmaqla, hazırda onun
aşağıdakı müasir və prioritet sahələri formalaşmışdır:
– Molekulyar genetika
– Molekulyar sitologiya
– Molekulyar fiziologiya
– Molekulyar biokimya
– Molekulyar mikrobiologiya
– Molekulyar virusologiya
– Molekulyar biofizika
– Molekulyar immunologiya
– Molekulyar immunogenetika
– Molekulyar enzimologiya
– Genetika (gen) mühəndisliyi
– Biotexnologiya
– Vaksinologiya və s.
Əlbəttə, bu elm sahələrinin hamısının əsasında hüceyrə, onun orqanoidləri,
xüsusilə xromosom dəstləri (yığımları) və genlər durmaqla onlar molekulyar
biologiyanın əsas maddi bazasını və tədqiqat obyektini təmin edir. Həmin elm
sahələri bir-biri ilə qarşılıqlı dialektik vəhdət təşkil edir, onların arasında
qırılmaz bağlılıq vardır. Bunun başlıca səbəbi isə həmin elmlərin tədqiqat
obyekti kimi məhz hüceyrədən, onun orqanoidlərindən və digər kom-
ponentlərindən
genetik marker formasında istifadə olunmasıdır. Materiyanın
bütün canlı aləminin (mikroflora, makroflora, mikrofauna, makrofauna)
mövcudluğu, onların həyat fəaliyyəti, öz nəsilləri və populyasiyalarının
dayanıqlı, davamlı inkişafı yalnız hüceyrədə gedən metabolizm prosesi
(maddələr mübadiləsi) və onun formaları olan anabolizm (assimilyasiya prosesi)
və katabolizm (dissimilyasiya prosesi), dezoksiribonuklein (DNT) və
ribonuklein (RNT) turşuları, orqanoidlər və s. hesabına təmin olunur. Lakin canlı
aləmin nəslinin, populyasiyalarının, morfoloji və funksional xüsusiyyətlərinin,
irsiyyətinin, cins və növlərinin, cinsiyyətinin saxlanmasının əsas aparıcı
komponenti və daşıyıcısı məhz xromosomlar və genlərdir. Xromosomlar, genlər,
onların quruluşu, morfofunksional xüsusiyyətləri, o cümlədən təminatçısı olduğu
irsiyyət, dəyişkənlik, ontogenez, hüceyrədə baş verən bütün proseslərin
molekulyar mexanizmi məhz genetika elmi vasitəsilə öyrənilir və tədqiq olunur.
Dostları ilə paylaş: