Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə3/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   284
 
ELMĠ REDAKTORDAN 
 
Müasir qloballaşma dövrü elmi-texniki tərəqqinin dayanıqlı və davamlı inkişafa 
inteqrasiyasının sürətlə davam etməsi və bütün elmlərin, o cümlədən biologiya, 
təbabət, baytarlıq təbabəti, molekulyar biologiya, gen mühəndisliyi və 
biotexnologiya sahəsində fundamental-tətbiqi xarakterli tədqiqatların 
diapozonunun çox genişlənməsi ilə səciyyələnir. Lakin bütün bioloji elmlərin, 
xüsusilə təbabət və baytarlıq təbabətinin dinamik tərəqqisi və inkişafının 
əsasında genetika elmi durur. Məhz genetika elminin yeni elmi nailiyyətləri 
bioloji elmlər, o cümlədən təbabət, baytarlıq təbabəti, tibbi biologiya, Baytarlıq 
təbabəti biologiyası mikrobiologiya, immunologiya, virusologiya, bioetika, gen 
mühəndisliyi və biotexnologiya sahəsində yeni və səmərəli nailiyyətlər qazanıla 
bilər. Molekulyar biologiyanın ən yeni, müasir sahələri olan gen mühəndisliyi və 
biotexnologiya genlər səviyyəsində öyrənilir və bu üsulla həm aqrar sahənin, 
həm də sənayenin, xüsusilə tibbi və baytarlıq sənayesinin sürətli inkişafı təmin 
olunacaqdır. Qeyd edilənlər genetika, molekulyar genetika, immunogenetika və 
ekoloji genetika elmi istiqamətlərinin daha sürətlə inkişaf etməsi bütün dünya 
ölkələrində Davamlı İnsan İnkişafının təmin olunmasında müstəsna əhəmiyyətə 
malik olduğunu bir daha təsdiqləyir. Bu baxımdan ölkəmizdə ilk dəfə olaraq 
tərtib edilən «Baytarlıq təbabəti genetikası» adlı ali məktəb dərsliyini 
biologiya, baytarlıq təbabəti, təbabət, biotexnologiya, gen mühəndisliyi, tibbi 
biologiya, elmlərinin ən böyük elmi-pedaqoji nailiyyəti kimi dəyərləndirmək 
lazımdır. Müəlliflərin uzun müddətli elmi-pedaqoji fəaliyyəti, təcrübəsi, yüksək 
elitar elmi eridusiya və intellektual səviyyəyə malik olması və həmin dərsliyin 
hazırlanması üçün 14 ildən artıq çox gərgin işləməsi, böyük əmək sərf etməsi, 
fundamental-tətbiqi və xüsusi elmi, nəzəri-praktiki əhəmiyyətli ali məktəb 
dərsliyinin müasir dünya təhsilinin tələblərini ödəyən səviyyədə tərtib 
olunmasına zəmin yaratmış və böyük stimul vermişdir. 
Dərslik klassik və müasir dünya ədəbiyyatı, eləcə də vətən alimlərinin mə-
lumatları və ədəbiyyatlarına istinad olunmaqla, mövcud ali məktəb dərslikləri və 
«Baytarlıq təbabəti genetikası» fənninin tədris proqramı əsasında tərtib edilmiş, 
elmi  yeniliklərlə  çox  zəngin  və  olduqca  maraqlı,  ensiklopedik  xarakterli, 
fundamental bir əsərdir. Dərslikdə genetikanın məqsədi, vəzifələri, inkişaf tarixi, 
elmin  inkişafında  dünya  və  vətən  alimlərinin  xidmətləri,  genetikanın  müayinə 
üsulları,  irsiyyətin  sitoloji  və  molekulyar  əsasları,  xromosom  nəzəriyyəsi, 
cinsiyyətin,  ontogenezin,  populyasiyaların,  mikroorqanizmlərin,  virusların 
genetikası,  immunogenetikanın  əsasları,  qan  qrupları  və  biokimyəvi 
polimorfizm,  kənd  təsərrüfatı  heyvanları  və  quşların  genetik  anomaliyaları, 
xəstəliklərə  irsi  davamlılıq  və  həssaslıq,  mühit  və  ekoloji  amillərinin  təsiri, 
heyvanların  ümumdünya  genetik  rezurslarının  müasir  durumu,  qlobal  ekoloji 
böhran  və  kataklizmlərin  genetik  aspektləri  və  s.  elmin  həm  klassik,  həm  də 
yeni,  son  və  müasir  nailiyyətləri  və  inkişaf  etmiş  dünya  ölkələri  alimlərinin 
məlumatları əsasında geniş və müfəssəl şərh olunub. 


 

Şərh olunan bütün mövzular bir-birini tamamlayır, onların ara-
sında qarşılıqlı dialektik və fəlsəfi vəhdət təşkil edir. Ayrı-ayrı 
mövzularda heyvan və quşların endemik növlərinin 
genefondunun qorunub saxlanmasına və mühafizə olunmasına, 
çoxlu sayda rəngli və rəngsiz foto təchizatına xüsusi önəm 
verilməsi dərsliyin daha da qiymətli və oxunaqlı olmasına 
ümdə zəmin yaradır. Genetika, molekulyar biologiya, gen 
mühəndisliyi və biotexnologiyanın yeni, son elmi-praktiki 
əhəmiyyətli nailiyyətlərinin şərh olunmasına kitabın bütün 
fəsillərində olduqca önəmli yer verilmişdir. Hər bir fəslin 
bişlanğıcında və ayrı-ayrı mövzuların mətnində dünya şöhrətli, 
korifey alimlərin və tarixi şəxsiyyətlərin dəyərli kəlamlarının, 
qiymətli sözlərinin, fikirlərinin şərhinə geniş yer verilməsi həm 
yenilik, həm də dünya elminə, təhsil sisteminə inteqrasiya kimi 
dəyərləndirilməklə, müəlliflərin kəşfi hesab edilməlidir. Əsərdə 
nəinki baytarlıq təbabəti və heyvanların genetikasının əsas 
məsələləri, eləcə də ümumi genetika, biologiya və təbabətin 
qlobal problemləri, insan və hər bir ailə üçün ümdə sayılan 
aspektlər (gen pozğunluğunun törətdiyi sindromlar, cinsiyyətin 
genetikası, rezus amili və qan qrupu ilə bağlı olan məsələlər və 
s.) şərh olunduğu üçün o, bütün oxucularda böyük maraq 
doğuracaq və oxucular ondan çox bəhrələnəcəkdir. Güman 
edirik ki, ölkəmizdə ilk dəfə olaraq tərtib olunan həmin dərslik 
baytarlıq təbabəti və onunla qırılmaz vəhdət təşkil edən 
bioetika, biologiya və təbabət sahəsində yüksək ixtisaslı kadr 
potensialının hazırlanmasına pozitiv təsir göstərəcəkdir. 
Dərslik hazırlanarkən 200-dən artıq dünya, xüsusilə Rusiya 
Federasiyası və vətən alimlərinin klassik və müasir dərslik, 
dərs vəsaiti, monoqrafiya, kitab və elmi məqalələrinə istinad 
olunması onun fundamental və olduqca dəyərli, oxunaqlı bir 
əsər olmasına çox böyük zəmin yaradır və maraq dairəsini daha 
da artırır. Dərslik təkcə «Baytarlıq təbabəti və əczaçılıq» 
fakültəsinin tələbələri üçün deyil, həm də Tibb Universiteti və 
kolleclərinin və bioloji təmayüllü bütün ali məktəb 


 

fakültələrinin müəllimləri, tələbələri, magistrlər, doktorantlar 
və ümumilikdə isə geniş oxucu ictimaiyyəti, yeni ailə qurmağa 
səy göstərənlər və gənc reproduktiv ailələr və şagirdlər üçün də 
çox qiymətli və dəyərli töhfə olacaqdır. Güman edirik ki, 
müasir dünya, xüsusilə Qərb və Avropa dövlətlərinin elmlərinə 
inteqrasiya edən həmin dərslik ölkəmizin elmi elitar 
ictimaiyyəti arasında olduqca böyük maraq doğuracaq, rəğbətlə 
qarşılanacaq, yüksək dəyərləndiriləcək və sevilə-sevilə oxu-
nacaqdır. 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin