(C.N.Devidson, 1967) Orqanizmlərin irsi məlumatlarının qorunması, onun öz-özünə yeniləşmə-
sinin tənzimlənməsi prosesinin təmin olunması və nəsildən-nəsilə ötürülməsi
DNT molekulları vasitəsilə həyata keçirilir. DNT molekullarının tərkibi xətti
olaraq birləşən dezoksiribonukleotidlərdən ibarət olmaqla, onların həmin
ardıcıllığı genlərin son məhsulu olan zülal komponentlərinə müvafiq olur.
Transkripsiya
prosesi
zamanı DNT-də olan informasiya m-RNT-yə
köçürüldükdən sonra m-RNT hüceyrənin ribosomu ilə birləşir və zülal
molekulları sintez olunur. Beləliklə də DNT-də kodlaşdırılan genetik məlumatın
RNT-yə və zülala axını prosesi icra olunur. DNT molekulunun nukleotidlərinin
triplet ardıcıllığının, müvafiq olaraq zülal molekulunda amin turşularının
ardıcıllığına keçməsi prosesi genetik kod (irsiyyət kodu) adlanır. Genetik kod ilk
dəfə olaraq M.Mirenberq, C.Matten, S.Oçoa və A.Korana və b. (1961-1964)
tərəfindən çox geniş və ətraflı surətdə öyrənilmiş və açıqlanmışdır. Onlar tətbiqi
üsuldan istifadə edərək m-RNT-nin kodonlarında amin turşularının yerinə
nəzarət edən nukleotidlərin ardıcıllığını müəyyənləndirərək kod lüğətini tərtib
etmişlər. Həmin kod lüğətinə amin turşularını kodlaşdıran 61 triplet və
terminasiya siqnalları olan 3 kodon aid olmaqla, cədvəl formasında tərtib
edilmişdir. Genetik kod anadangəlmə, əksəriyyəti 2, 3, 4 tripletlə, 3 amin turşusu
– arginin, leysin, serin, 6 müxtəlif kodlarla, triptofan və metionin isə yalnız bir
kodla kodlaşdırılır. Hazırda heyvan hüceyrələrində 50, bakteriya hüceyrələrində
isə 30-40 nRNT olması aşkarlanmışdır.
Orqanizmin bütün zülalları 20 tip amin turşularının müəyyən ardıcıllıqla
birləşməsi nəticəsində yaranır. DNT və RNT-nin polinukleotid zəncirində
ardıcıllıqla yerləşən hər 3 müxtəlif mononukleotid triplet (üçlük), yaxud kodon adlanır və onların hər üçü zülalın sintezi prosesində fəal iştirak edir (cədvəl 11). Hər
bir kodon 3 nukleotidin təsadüfən qruplaşması nəticəsində 1-ci olaraq asparagin, 2-
ci yerdə – alanin, 3-cü yerdə – prolin, 4-cü yerdə isə – fenilalanin turşusu
yerləşdiyi üçün onları kodlaşdıran tripletləri ardıcıllıqla belə yazılır: asparagin –
QAU, alanin – QSU, prolin – SSU və fenilalanin – UUU. Hər triplet bir məlumat
vahidini-kodonu (kodu) ifadə edir.