150
və triptofan (UQQ) 1 tripletlə kodlaşır və bütün hallarda DNT kodlaşır və
zülalın ən başlıca xüsusiyyətlərindən biri sayılan
kollinearlığı-uyğunluğu
(nuklein turşuları kodonlarının uyğun olması, uzlaşması) sabit, dəyişilməz
saxlanılır
(cədvəl 13) .
4.
Genetik kod anadangəlmə xarakter daşımaqla, mövcud olan 20
amin turşusundan yalnız 18-nə bir neçə triplet kodonları uyğundur.
5.
Genetik kodda inisiasiya və
terminasiya proseslərini təmin edən
xüsusi
kodonlar («start» və «stop» siqnalları) vardır; UAQ
(«amber»),
UAA
(«oxra») və UQA
(«opal») kodonları biosintez prosesinin
terminatorları olmaqla «stop» siqnallarını tənzimləyirlər.
6.
Genetik kod fasiləsizdir, daxili durğu işarələrindən istifadə etmir,
m-RNT kodonları bir-birinə fasiləsiz keçid verir.
7.
Ribonukleotidin hər biri yalnız 1 tripletin tərkibinə daxildir, o,
eyni vaxtda 2 qonşu tripletin tərkibinə daxil ola bilməz.
Zülal sintezinin inisiasiyası AUQ tripletindən ibarət olub metioninin
analoqudur. Polipeptid zəncirin sintezinin başlanması
inisiasiya, onun
böyüməsi isə –
elonqasiya adlanır. Bütün zülaların biosintezi prosesi
modifikasiyaya uğramış metioninlə-N-formilmetioninlə (fmet) başlayır.
Biosintez zamanı AUQ yalnız birinci vəziyyətdə modifikasiyaya məruz
qalmış metioninin, m-RNT-nin sonrakı nukleotid ardıcıllığında isə adi
metionini kodlaşdırır. Müstəsna hallarda isə fmet QUQ ilə də kodlaşdırıla
bilir.
Terminasiya kodonlarına UAQ, UAA və UQA tripletləri aid
olmaqla, onlar amin turşularını kodlaşdıra bilmir və n-RNT molekulları
ilə tanınmır. Həmin tripletlər zülalı kodlaşdıran ardıcıllıqlarda peyda
olunduqda
nöqtəvi (monses) mutasiyalar baş verərək polipeptid zəncirin
sintezi vaxtından əvvəl dayanır.
Dostları ilə paylaş: