Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə200/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   196   197   198   199   200   201   202   203   ...   284
quruluş  (struktur)  genləri  adlanır  və  operonda  qeyri-fəal  repressiya  halında 
olurlar.  Onların  operonun  tərkibinə  daxil  olmasına  baxmayaraq,  operonun 
özünün  işi  isə  yalnız  xüsusi  tənzimləyici  genlər  tərəfindən  icra  olunur. 
Tənzimləyici  gen  repressor-DNT  molekulunun  xüsusi  sahəsində  yerləşir  və 
müvafiq zülalın biosintezini kodlaşdırır. Quruluş genlərin funksiyasını operonda 
DNT 
nukleotidləri 
AAA 
QQA 
ATA 
TTT 
SAA 
TTA 
TQA 
m-RNT 
kodonları 
UUU 
SSU 
UAU 
AAA 
QUU 
AAU 
ASU 
n-RNT 
antikodonları 
AAA 
QQA 
AUA 
UUU 
SAA 
UUA 
UQA 
Amin 
turşuları 
polipeptid 
zəncirlərində 
Feni
lal
ani
n
 
Prol
in
 
Tir
ozi
n
 
Liz
in
 
V
al
in
 
A
spa
ragi
n
 
Treoni
n
 


 
153 
yerləşən  və  kodlaşdırıcı  fəaliyyəti  göstərməyən  genlər  –  akseptor  genlər    icra 
edir.  Onlar  quruluş  genlərinin  işini  tənzimləyən  fərqli  zülalların  birləşdiyi  sahə 
funksiyasını yerinə yetirir. Hüceyrəyə daxil olan laktoza induktor rolu oynayaraq 
tənzimləyici  genlə  kodlaşan  zülalları  blokadaya  uğratdıqda,  onlar  operator 
geninə birləşmə xassəsindən tamamilə məhrum olur, nəticədə operator geni fəal 
forma  alır  və  quruluş  genlərini  işə  salır.  Ümumiyyətlə,  akseptor  və  quruluş 
genləri sistemi xüsusi bir operon təşkil edir.  
Transkripsiya  prosesində  m-RNT  bir  operonda  yerləşən  hər  3  struktur 
genlərdən genetik informasiyanı qəbul edir və bu zaman ribosomda 3 polipeptid 
zəncirin  sintezi  baş  verir,  m-RNT-də  mövcud  olan  kodonlarla  nukleotidlərin 
ardıcıllıqlarına  müvafiq  olaraq  polipeptid  zincirin  sintezi  yaranır.  Triptofanın 
hüceyrədə miqdarı normadan artıq olduqda tənzimləyici-gen tənzimləyici-zülalla 
birləşərək onun fəaliyyətini dəyişir və operon ilə qarşılıqlı əlaqəyə girib müvafiq 
m-RNT-nin  sintezini  repressiyaya  uğradır.  Bunlar  E.coli  üzərində  aparılan 
təcrübə  zamanı  triptofan  amin  turşusunun  sintezinə  nəzarət  edən  neqativ 
repressiya (induksiya) formasında təzahür edir. Lakin neqativ (mənfi) induksiya 
ilə bərabər pozitiv (müsbət) induksiya da mövcuddur ki, bu zaman tənzimləyici 
genin zülal məhsulu operonun funksiyasını fəallaşdıraraq, repressor kimi deyil, 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin