154
geni yerləşdiyi halda, prokariotlarda bu fərqli olur. Heyvan orqanizmində sintez
olunan hormonlar siqnal rolu oynamaqla, əvvəlcə hüceyrələrdə spesifik zülal-
repressor sintez edilir, sonra isə onların özü müxtəlif genlərin fəaliyyətini
induksiya edir, tənzimləyir. Eukriotlarda zülal sintezinin tənzimlənməsi yalnız
translyasiya çərçivəsində həyata keçirilir ki, bu prosesin stimullaşmasında bəzi
amin turşularını fəallaşdıran fərqli n-RNT tipləri və fermentlər iştirak edirlər.
Amin turşularının böyük əksəriyyəti
izoakseptor kodonları adlanan xeyli sayda
kodonlarla kodlaşır. M-RNT-nin üzərinə eyni amin turşusu müxtəlif tip n-RNT
vasitəsilə gətirilir. Belə ki, SUS, SUU, SUQ kodonları leysini kodlaşdırır.
Translyasiyanın baş verməsi və gedişi isə, bir qayda olaraq ribosomlardan, hazır
zülal molekullarını modifikasiya edə bilən bəzi fermentlərin mövcudluğundan və
n-RNT-nin fəallığından asılı olaraq icra olunur. Qeyd olunanları nəzərə alaraq
belə qənaətə gəlmək olar ki, biosintez prosesində genetik (irsi) məlumatın
reaksiyası əsasən DNT molekulları tərəfindən yerinə yetirilir, onların əlamət və
xassələrə çevrilməsi isə prokariot və eukariotlarda bəzi fərqliliyin mövcud
olmasına baxmayaraq materiyanın bütün canlı aləmində, demək olar ki, eyni
olur, zülalların biosintezində hər bir amin turşusu yalnız 1 tripletlə (3
nukleotidlə) kodlaşır. Son elmi məlumata əsasən insan xromosomunun haploid
sayında 50 mindən az, 100 mindən çox olmayan genlər olmaqla, onlar zülalların
hamısını, r-RNT və n-RNT-nin sintezini həyata keçirir. Nəzərə alsaq ki, insanın
4 mlrd (4 x 10
9
) spermatozoidləri ən kiçik dərmanın 1 ədəd «həb»ində və eyni
sayda yumurta hüceyrələri də digər «həb»də yerləşib, onda hər bir «həb»də
insan genlərinə daxil olan 20 x 10
13
x 10
3
= 20 x 10
16
cüt nukleotid yerləşir.
Müəyyən edilmişdir ki, insanın milyardlarla hüceyrələrinin hər birinin nüvələ-
rində yerləşən
genetik məlumatın həcmi, orta hesabla, 6800 çap vərəqlərinin
həcminə bərabərdir (27x10
12
). Hər bir gen, təxminən 1000 cüt (10
3
) nuk-
4 x10
9
leotidlərdən təşkil olunub.
Hazırda
genlərdə yerləşən genetik məlumatların həcmi nəinki təkcə
genetika, həm də bütün biologiya elmlərində aparılan elmi tədqiqatların əsas
prioriteti sayılır və nəzərə alınar. Alimlər isə genetik məlumatların həcminin
hesablanmasını və burada tədbiq edilən yeni üsulları, testləri, analizləri müasir
elmin ən böyük uğuru, texniki tərəqqisi, nailiyyəti kimi çox yüksək dəyərləndirir
və ona önəmli yer verirlər. Genlərdə yerləşən genetik məlumatların həcminin
müəyyən edilməsi kimi olduqca mürəkkəb, çətin bir problemin həll olması üçün
istifadə olunan yeni üsulların hazırlanması prosesində genetiklər ən aparıcı rol
oynasa da burada fiziklər, kimyaçılar və s. elm adamlarının da böyük xidmətləri
olmuşdur. Ümumiyyətlə, genlərdə yerləşən genetik informasiyaların həcminin
təyin olunması və hesablanmasının mümkün olması müasir elmi-texniki
tərəqqinin, xüsusilə dünya təbiətşünaslıq elminin və alimlərinin müstəsna elmi
əhəmiyyəti olan ən böyük nailiyyəti sayılır.
Dostları ilə paylaş: