Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə203/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   199   200   201   202   203   204   205   206   ...   284
transpozonlar  adlanır.  Transpozisiya  prosesi  ekssesiya  və insersiya  formasında 
təzahür edir. Transpozonun DNT molekulundan azad olması və yerini dəyişməsi 
ekssesiya,  DNT  molekulunun  yeni  sahəsinə  daxil  olaraq  orada  məskunlaşması 
isə  insersiya      prosesi  adlanır.  Q.P.Çeorgiyev  drozofil  milçəyinin 
transpozonlarının xüsusiyyətlərini müfəssəl öyrənərək, onları «mobil dispersiya 
olunmuş  genlər»  (MDG)  adlandırmışdır.  MDG-lərin  drozofildə  20-ə  qədər 
ailəsi  olmaqla,  onların  genomda  yerləşməsi  çox  tərəddüd  edir,  hər  biri  10-dan 
150-ə  qədər  nüsxələrlə  təmsil  olunur  və  DNT-də  5-10  min  cüt  nukleotidi  olur, 
ucları  isə  eyni  istiqamətə  yönəlmiş  uzun  təkrarlardan  ibarətdir,  5-10  min 
nukleitid cütlərin 250-150-ə qədəri məhz həmin nukleotidlərdən ibarətdir. 
Transpozonların ən fəal siniflərinini nümayəndələrindən biri də DNT-nin bir 
hissəsinə daxil olan və transpozoza fenmentini kodlaşdıran MDG transpozonları 
hesab  olunur.  Onlar  transpozoza fermentini kodlaşdırır, fəallaşdırır,  ferment  isə 
MDG-lərin  transpozisiyasına  cavab  olaraq  onları  DNT-nin  bir  hissəsindən 
ayıraraq, digər hissəsinə birləşdirir. Həmin transpozonların ən tipik nümayəndəsi 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin